Aktau limanına taxıl yüklərinin qəbulu müvəqqəti məhdudlaşdırılıb Qazaxıstan Dəmir Yolları
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstan Dəmir Yolları (QDY) Aktau limanına gedən taxıl ixracatının qəbulunu müvəqqəti məhdudlaşdırıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu tədbir texniki səbəblərə görə həyata keçirilib. "Sentyabrda limana ümumi tutumu təxminən 50 min ton olan 14 gəmi gəlib, nəticədə terminallarda və ona yaxınlaşmalarda 700-ə yaxın yüklənmiş vaqon qalıb", - məlumatda deyilir.
Məhdudiyyətlər vaqonların dayanması və infrastrukturun həddindən artıq yüklənməsinin qarşısını almaq üçün tətbiq edilib. "Gəmilərin daxilolma qrafiki sabitləşdikdən sonra taxıl yüklərinin qəbulu tam həcmdə bərpa olunacaq", - şirkətdən qeyd edilib. Bundan başqa, şərq istiqamətinin (Çin) bitişik ərazisində taxıl yüklərinin qəbulunda gecikmə var. "Bu, Çinin fitosanitar və karantin orqanlarının bayram dövründə taxıl yüklərinə baxış müddətinin 5 gündən 10 günə qədər uzadılması ilə bağlıdır", - şirkətdən vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 Oktyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















