Icma.az
close
up
RU
Aktau şəhərində Birinci Azərbaycan Qazaxıstan Yay Gənclər Məktəbini keçirilib.

Aktau şəhərində Birinci Azərbaycan Qazaxıstan Yay Gənclər Məktəbini keçirilib.

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

13-14 iyun 2025-ci il tarixlərində Qazaxıstanın Aktau şəhərində "Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi" adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi uğurla keçirilib.

Bu mühüm tədbiri "Azərbaycan Mərkəzi" İctimai Fondu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Qazaxıstanın Yesenov Universitetinin dəstəyi ilə təşkil edib. Yay məktəbi Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm addım olub.

Azərbaycan, Qazaxıstan və digər Türk dünyası ölkələrindən 40 dinləyici konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq üçün unikal imkan əldə ediblər. Bakı-Qroznı təyyarə qəzasında zərər çəkənlərə yardım göstərən Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşlarının iştirakı iki ölkə arasında həmrəylik və qarşılıqlı yardım rəmzi olub. Məktəbin işində Azərbaycandan alimlər Eldar Cəfərov (Bakı Dövlət Universiteti) və Elvin Talışınski (Azərbaycan Universiteti) də iştirak ediblər.

Yay məktəbinin zəngin proqramına seminarlar, treninqlər, Abiş Kekilbayevin adını daşıyan muzeyə ziyarət və dəniz ekskursiyası daxil olub ki, bu da iştirakçılara iki ölkənin tarixini, mədəniyyətini və ictimai həyatını dərindən anlamağa imkan verib.  İyunun 14-də keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları iştirak ediblər ki, bu da tədbirin yüksək səviyyəsini vurğulayıb.  Yay məktəbinin bağlanışına həsr olunmuş bayram şam yeməyində müxtəlif dövlət qurumlarından rəsmilər çıxış ediblər.

"Azərbaycan Mərkəzi"nin direktoru İlkin Orucov tədbiri açaraq Yay məktəbinin işinin yekunlarını açıqlayıb, onun gənclər əməkdaşlığının inkişafına və Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib. O, ikitərəfli münasibətlərin gələcəyi üçün mədəniyyətlərarası dialoqun və təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulayıb. Azərbaycanın Aktaudakı Baş Konsulu Ayxan Süleymanlı Yay məktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildirib.  Yesenov Universitetinin nümayəndəsi Elvira Canqojaeva universitetin bazasında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək, "Azərbaycan Mərkəzi" ilə əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib.  

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin rolunu vurğulayaraq, Yay məktəbinin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.  

"Dostluq" Etno-mədəni Birliyinin nun sədri Şəmsəddin Hüseynov Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafının və bu prosesdə gənclərin rolunun vacibliyi barədə danışıb.  

Sertifikatların təqdim olunmasından sonra azərbaycanlı müğənni Rafaelin çıxışı qonaqlar tərəfindən çox yüksək alqışlarla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyun 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri