Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan QHT lərinin Birinci Əməkdaşlıq Forumu keçirilib FOTO

Azərbaycan Qazaxıstan QHT lərinin Birinci Əməkdaşlıq Forumu keçirilib FOTO

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu çərçivəsində Azərbaycan-Qazaxıstan QHT-lərinin Birinci Əməkdaşlıq Forumu keçirilib.

APA xəbər verir ki, forumda hər iki ölkədən olan QHT nümayəndələri Azərbaycan-Qazaxıstan əlaqələrinin bu istiqamətdə inkişafının perspektivi barədə danışıb.

Qazaxıstandan olan “Səninlə Gələcək” Respublika İctimai Birliyinin sədri Zhansala İsmagulova Qeyri-Hökumət Təşkilatlarının birgə əməkdaşlıqla dövlətlərin diqqətindən kənarda qalan məsələlərin həllinə kömək edə biləcəyini deyib. O qeyd edib ki, QHT-lər çətinliklərin həllində bütün tərəflərin iştirakını təmin etməyin tərəfdarıdır.

“Vətəndaş cəmiyyətlərinin, dövlətlərin, biznes nümayəndələrinin birgə əməkdaşlığı problemlərin daha sürətli və effektiv həllinə kömək edir”, - İsmagulova vurğulayıb.

Ardınca çıxış edən “Community HUB” İctimai Fondunun direktoru Assiya Tikeyeva bildirib ki, QHT-lər sadəcə kəskin sosial çətinlikləri həll etmir, həm də cəmiyyətdə zəif təbəqəyə və uşaqlara qarşı yeni bir müsbət fikir formalaşdırır: “Birlikdə işləməklə cəmiyyətlərimizi daha ədalətli vəziyyətə gətirə və davamlı inkişafa nail olmağa kömək edə bilərik. Azərbaycanla ortaq gələcəyə doğru irəliləmək üçün QHT-lərimizin əl-ələ verməsi vacibdir”.

Qazaxıstanda “İkinci Respublika” İctimai Fondunun rəhbəri Ayan Turekulov Azərbaycan və Qazaxıstanın Avrasiya məkanında təsirli rola malik olduğunu söyləyib və bu iki ölkənin multikulturalizmin təbliğində göstərdiyi səylərdən danışıb. O, türk dünyasında mədəni əlaqələrin inkişafında QHT-lərinin payına düşən fürsətlərdən söz açıb və bu sahədə potensialın çox böyük olduğuna diqqət çəkib.

Ortaq Dəyərlər Birliyinin sədri Aqil Camal çıxışında bildirib ki, bu gün türk dünyası üçün tarixi bir gündür: "Azərbaycan son 100 ildə böyük uğurlara imza atıb və bu gün QHT Birlik Forumunun ilk iclası keçirilir. Biz forumu - 24 noyabrı Türk Düvlətlərinin QHT günü kimi qeyd edək".

İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri Şəlalə Həsənova bu forumun vacibliyini vurğulayıb.

Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin üzvü Hacıbəy Heydərli bildirib ki, türk dünyası heç vaxt bu qədər birlik içində olmayıb. O, çıxışında bu forumun əhəmiyyətindən söz açıb.

Daha sonra tədbir bədii-mədəni proqramla davam edib.

Toğrul Quluzadə

Gülcahan Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri