Aktauda AZAL ın təyyarə qəzasında həlak olanların xatirəsinə abidə ucaldıldı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İyunun 26-da Aktau hava limanı yaxınlığında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin ekipaj üzvlərinin xatirəsinə abidə ucaldılıb.
Bu barədə Trend Qazaxıstan KİV-lərinə istinadən məlumat verib.
Manqistau vilayətinin İctimai Kommunikasiyalar Mərkəzindən verilən məlumata əsasən, abidə Azərbaycanın milli qəhrəmanları - pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyevaya həsr olunub.
Abidənin açılışı mərasimində faciə qurbanlarının yaxınları, aviasiya sənayesinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirak edənlər həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 İyun 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















