Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların sayı məlum olub AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Astana, 25 dekabr, AZƏRTAC
Aktauda təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev məlumat verib.
"Təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü olub. Təəssüf ki, 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb", - deyə Marat Karabayev Aktauda keçirilən brifinqdə bildirib.
Göyərtədəki 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişinin hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si həlak olub, 9-u sağ qalıb. Təyyarədəki 6 Qazaxıstan vətəndaşının hamısı həlak olub.
Təyyarə ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər həlak olub, 3 nəfər sağ qalıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Dekabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















