Icma.az
close
up
RU
Aktaudakı təyyarə qəzası ilə bağlı araşdırmalar davam etdirilir Baş Prokurorluq

Aktaudakı təyyarə qəzası ilə bağlı araşdırmalar davam etdirilir Baş Prokurorluq

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Dekabrın 25-də Aktau şəhərinin yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 tipli təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyev hadisə baş verdiyi gündən etibarən Qazaxıstanın Baş prokuroru Berik Asılov, Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, eləcə də Braziliyanın Baş prokuroru Paulo Qonet ilə intensiv təmasda olub.

Habelə, hadisənin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Rusiya və Braziliyadan olan peşəkar müstəntiq və mütəxəssislərin iştirakı ilə hadisə yerində genişmiqyaslı istintaq hərəkətləri keçirilib.

Qazaxıstanlı həmkarı Berik Asılovla müzakirələr zamanı Kamran Əliyev baş vermiş hadisəyə dair toplanmış sübutlara düzgün hüquqi qiymətin verilməsi ilə bağlı fikir mübadiləsi aparıb, hadisə yerinin müayinəsi, iş üzrə ilkin sübutların toplanması və əhəmiyyət kəsb edən digər halların araşdırılması, birgə zəruri istintaq və prosessual hərəkətlərin həyata keçirilməsi, eləcə də, hadisənin təfərrüatlarının tam müəyyən olunması üçün göstərilən hərtərfli dəstəyə görə təşəkkürünü bildirib.

Rusiyanın Baş prokuroru İqor Krasnovla apardığı danışıq zamanı Baş prokuror Qroznı şəhərinə ezam olunmuş Azərbaycan prokurorluğunun əməkdaşlarına rusiyalı həmkarları tərəfindən lazımi dəstək göstərildiyini qeyd edərək cinayət işinin istintaqının aparılmasında səmərəli əməkdaşlığın və iş üzrə hər iki tərəfin topladığı sübutların mübadiləsinin zəruriliyini vurğulayıb.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrık Baş prokuror Kamran Əliyevə zəng edərək Rusiyada araşdırılan cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması məqsədilə peşəkar müstəntiq və kriminalistlərdən ibarət istintaq qrupunun yaradıldığını, təyyarənin qəzaya uğramasının kənar müdaxilə nəticəsində baş verməsi daxil olmaqla, hadisənin səbəb və şəraitinin hərtərəfli araşdırıldığını, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi barədə məlumat verib.

İstintaqın gedişatı barədə Baş Prokurorluq tərəfindən ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri