Aktaudan 2 azərbaycanlının təxliyəsi nəəzrdə tutulur KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Manqistau vilayət çoxprofilli xəstəxanasında müalicə alan 2 azərbaycanlının təxliyəsi məsələsi planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Təyyarə qəzasında xəsarət alan iki azərbaycanlının təxliyəsi məsələsi üzrə həkimlərlə konsilium keçirilməsi və onların daşınmağa hazırlığının qiymətləndirilməsi nəzərdə tutulur. Xəstələr müxtəlif zədələrlə, əsasən, çoxsaylı zədələnmələrlə – qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travmaları, travmatik şokla daxil olublar.
Bundan əlavə, Qırğızıstanın səhiyyə orqanları ilə xəsarət alan 3 nəfərin daşınması məsələləri işlənilir, onlardan ikisi daşına bilər, biri ağır vəziyyətdədir.
Təyyarə qəzasında xəsarət alan 6 nəfərin vəziyyəti stabilləşib. Onlardan dördü reanimasiya şöbəsində, ikisi travmatologiyadadır. Vəziyyətlərində pisləşmə müşahidə olunmur.
Baxış sayı:73
Bu xəbər 28 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















