Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Aktaudan Yekaterinburqa uzanan “gərginlik reysi”

Aktaudan Yekaterinburqa uzanan “gərginlik reysi”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva bu “əsəbi marşrut”un mümkün qədər tez qət edilməsinə çalışmalıdır

Bakı ilə Moskva arasında münasibətlərin soyuması fonunda hələ də müxtəlif suallara cavab axtarışları davam edir. Bu zaman hər iki tərəfin diqqəti təkcə dövlətlərarası dialoq müstəvisinə deyil, eyni zamanda gündəlik həyat səviyyəsində yarana biləcək mümkün fəsadlara yönəlməkdədir. Aydın məsələdir ki, cavab axtarışları prosesində Rusiyadakı çoxsaylı Azərbaycan diasporasının – həm Azərbaycan vətəndaşlarının, həm də Rusiya Federasiyasının vətəndaşı olan soydaşlarımızın vəziyyəti, təbii olaraq, ön plana çəkilir.

Baş verənlərin sosial-iqtisadi, eləcə də hüquqi müstəvidə hansı dəyişikliklərə səbəb olacağı ehtimalı da cavabı axtarılan sualların sırasındadır. Amma əsas sual bundan ibarətdir: tərəflər gərginliyi azaltmağın yollarını tapa biləcəkmi?

Fikirləşdik ki, iki ölkə arasındakı mövcud duruma və bu vəziyyətdən çıxış yollarına “XQ”nin daimi eksperti, Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyovun yanaşması oxucularımız üçün maraqlı olar.

Politoloq R.Musabəyov hesab edir ki, Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsi təşəbbüsü Bakıdan gəlməyib: “Yeddi ay bundan əvvəl məhz Rusiya ərazisində Azərbaycanın mülki təyyarəsi vuruldu. Amma rəsmi Bakı hələ də Moskvadan nəinki beynəlxalq hüquq normalarına, hətta ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinə uyğun gələn heç bir cavab almayıb və ya hərəkətin şahidi olmayıb. Yekaterinburqda Rusiya polisinin, OMON-un azərbaycanlılara qarşı törətdikləri zoraklıq aksiyasına gəlincə, bu, həqiqətən də geniş rezonans doğuran hadisədir. Əvvəla, təsəvvürə gətirmək çətindir ki, bu cür hərəkətlər Rusiyada ən yüksək səviyyədəkilərin xəbəri olmadan həyata keçirilib. Baş vermiş olaydan sonra biz Rusiya təhlükəsizlik qüvvələrinin azərbaycanlıların ölümü ilə nəticələnən zorakı davranışı ilə bağlı bir izahat, açıq reaksiya gözləyirdik. Bu, olmadı. Axı Azərbaycan belə susqunluq və etinasızlıqla barışa bilməz. Məhz buna görə də zəruri bildiyi formada, situasiyaya adekvat cavab verir. Obyektivlik naminə onu da deyim ki, bu cavab kifayət qədər təmkinli və korrektdir”.

Deputatın sözlərinə görə, Rusiya ali rəhbərliyinin – Kremlin baş verən insidentlərə reaksiyası gələcək ikitərəfli münasibətlərin vektorunu müəyyən etməyə qadirdir: “Belə hadisələr zamanı onlara vaxtında və lazımi reaksiyanın olmaması tərəflər arasında yalnız inamsızlığı artırır. Yəni, münasibətlərdə yaranan soyuqluğun dərin uçuruma çevrilməsi riski var. Açığını deyim ki, mən tərəfdaşlığın əsas elementləri hesab edilən bir sıra nailiyyətlərin tədricən geri alınacağını istisna etmirəm. Rusiyaya qonşu olan Baltikyanı respublikalar münasibətlərini, faktiki olaraq, sıfıra endiriblər. Eləcə də Gürcüstan da Rusiya ilə qarşılıqlı əlaqəni xeyli azaldıb. Əgər tezliklə vəziyyət dəyişməsə, Azərbaycan da eyni yolla getməyə məcbur ola bilər. Amma biz Rusiyanı düşmənə çevirməyə çalışmırıq. Amma indiki vəziyyətdə onu dost adlandırmaq da son dərəcə çətindir”.

R.Musabəyov iki ölkə arasında yaşanan diplomatik gərginliyə baxmayaraq, Moskvanın hələ də hər şeyi düzəltmək imkanına malik olduğunu bildirdi: “Rusiyanın ali rəhbərliyi həm ikitərəfli münasibətlərin səviyyəsinə, həm də beynəlxalq hüququn elementar normalarına uyğun gələn rasional mövqe tutaraq, iradə nümayiş etdirməyə qadirdir. Demək istəyirəm ki, burada təkəbbür yersizdir. Belə davam edərsə, Azərbaycan nəyisə tələb etməkdən əl çəkəcək, bu dövlətlə münasibətləri yalnız müşahidə olunan real tendensiyalar əsasında qurmağa məcbur olacaq”.

***

“Avropadakı bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar”. Bunu “Lenta.ru”-ya Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin deyib.

Bu, Rusiya hakimiyyətinin məlum hadisələr baş verəndən sonra məqbul və pozitiv sayıla biləcək ilk rəsmi reaksiyasıdır. Rusiya qanunverici orqanının komitə sədrinin açlqlamasında insidentlərin səbəbkarını kənarda axtarma cəhdləri müəyyən suallar doğursa da, hər halda düşünməyə vadar edir: “Avropada, o cümlədən Qafqazda bəzi qüvvələr son illər Rusiya ilə Azərbaycan arasında münasibətlərdə əldə edilən bütün uğurları sıradan çıxarmağa çalışırlar. Yeri gəlmişkən, Ermənistanla da eyni şey baş verir”. Ermənistanı da eyni tərəziyə qoyan senatorun sözlərinə görə, bu məsələ ilə bağlı təzyiqlər mütəşəkkildir və geniş cəbhədə aparılır: “Biz sağlam yanaşmalara və bütün bu vəziyyəti konstruktiv şəkildə həll etmək üçün hər cür imkana malik olduğumuza arxalanmalıyıq. Nifrəti qamçılamağa ehtiyac yoxdur. Çünki məhz bu, Qərbdə və Qafqazda keçmiş Sovet İttifaqı xalqlarını ziddiyyətə salmaq istəyən qüvvələrin vəzifəsidir. Biz buna imkan verməməliyik”.

Cənab Q.Karasinin müstəqilliklərini əldə etmiş xalqlar ifadəsi yerinə “keçmiş Sovet İttifaqı xalqları” sözünü işlətməsi, baş verən təxribatlarda Qərbin, hətta Qafqazdakı bəzi qüvvələrin əlinin olması versiyası müəyyən suallara yol açır. Ortaya atılan bu tezisin altında nəyin gizləndiyi tezliklə məlum olacaq. Beləliklə, hansı prizmadan, yaxud bucaq altında baxılmasından asılı olmayaraq, indiki vəziyyətdə ötən ilin dekabrında Aktaudan başlayan “gərginlik reysi”nin son dayanacağının Yekaterinburq olmasında Bakıdan daha çox Moskva maraqlıdır. Bunu reallıqla yanaşı, həm də oyunun qaydaları diktə edir...

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri