Icma.az
close
up
RU
AKTİ MDB nin Birinci Könüllülər Forumunda Azərbaycanı təmsil edib

AKTİ MDB nin Birinci Könüllülər Forumunda Azərbaycanı təmsil edib

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Birinci Könüllülər Forumunda iştirak edib.

20-21 avqust tarixlərində "Könüllülük vasitəsilə birlik: tərəfdaşlıq, etimad, inkişaf" mövzusunda keçirilən forum 2026-cı ilin BMT Baş Assambleyası tərəfindən Dayanıqlı İnkişaf Naminə Beynəlxalq Könüllülər İli elan edilməsi və MDB-nin yaradılmasının 35 illiyi çərçivəsində təşkil olunub. Forumda iştirak Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Tədbirin əsas məqsədi MDB məkanında könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, üzv ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə könüllülük təşəbbüslərinin təşviq edilməsindən ibarət olub.

Forumun açılış mərasimində Qazaxıstan Respublikasının baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin forum iştirakçılarına müraciətini səsləndirib. İki gün davam edən tədbir çərçivəsində panel sessiyaları, müzakirələr və uğurlu könüllülük təcrübələrinin təqdimatları keçirilib.

Sessiyalarda ekologiya, sosial və inklüziv dəstək, gənclər arasında könüllülüyün təşviqi, korporativ könüllülük və sosial məsuliyyət, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

AKTİ-nin sədri Vüqar Əliyev forum çərçivəsində keçirilən "Korporativ könüllülük və sosial məsuliyyət" panel sessiyasında çıxış edib. O, çıxışı zamanı Azərbaycanda könüllülük modelinin formalaşması və inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, eləcə də könüllülüyün beynəlxalq əməkdaşlığın və dayanıqlı inkişafın təşviqində rolu barədə fikirlərini bölüşüb.

İttifaqın sədri, həmçinin forumun bağlanış mərasimində çıxış edərək könüllülük sahəsində regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb və MDB ölkələri arasında təcrübə mübadiləsinin gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcəyini qeyd edib. AKTİ-nin beynəlxalq layihələr üzrə koordinatoru Fidan Şəmiyeva isə "Sərhədsiz könüllülük: Könüllülük cəmiyyəti necə dəyişir?" mövzusunda keçirilən panel sessiyasında iştirak edib. Sessiya zamanı İttifaqın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüslər barədə məlumat verilib.

Forumda Qazaxıstan, Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət qurumlarının və könüllü təşkilatlarının nümayəndələri, eləcə də fəal könüllülər iştirak edib. Ümumilikdə tədbirə 300-ə yaxın nümayəndə qatılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Avqust 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri