Aktyor milyardetlərə müharibə elan etdi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Hollywood aktyoru Endrü Qarfild varlılara qarşı yoxsulların üsyanından bəhs edən yeni filminin təqdimatında sərt açıqlamalar verərək milyardetləri “ölümcül qorxmağa” çağırıb. Lakin onun bu bəyanatı sosial şəbəkələrdə geniş istehza və ikili standart ittihamları ilə qarşılanıb.
KONKRET.az xəbər verir ki, Los-Ancelesdə rejissor Pol Qrinqrassın 1381-ci il İngiltərəsindəki Kəndli üsyanından bəhs edən “Üsyan” (The Uprising) adlı tarixi dramının nümayişi keçirilib. Film əhali üçün ağır olan Qara ölüm dövrünü və Kral II Riçardın sarayının tətbiq etdiyi yeni vergilərin sadə insanları üsyana sövq etməsini əks etdirir.
Aktyor tamaşaçıların filmdən sonra hərəkətə keçəcəyinə ümid etdiyini bildirib və əlavə edib: “Əgər bunu milyarderlər izləsə, ölümcül qorxacaqlar”.
Aktyorun bu sözləri qorxu yaratmaq əvəzinə, istifadəçilərin sərt tənqidlərinə səbəb olub. Milyonlarla dollar qazanan Hollywood ulduzunun bu cür bəyanatları feodal əleyhinə mübarizə aparan kasıb işçi obrazı ilə uyğunsuzluq təşkil edib. Los-Ancelesin sabiq mer namizədi Spenser Pratt və digər şərhçilər aktyora xatırladıblar ki, onun öz layihələrinə məhz həmin milyardetlər yaşıl işıq yandırır və ona milyonlarla dollar qonorar ödəyirlər.
Film zəngin elita ilə mübarizədən bəhs etsə də, onun əsas ulduzunun varlıların maliyyələşdirdiyi sistemdən qazanc əldə etməsi müzakirələrin mərkəzində dayanır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 08 Sentyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















