İran müharibə elan etdi KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Silahlı Qüvvələri hazırda ənənəvi döyüş üsullarından istifadə edir və asimmetrik taktikalara keçməyə ehtiyac görmür. Lakin zərurət yaranacağı təqdirdə münaqişənin birbaşa ABŞ ərazisinə daşına biləcəyi açıqlanıb.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanının müşaviri Məhəmməd Rza Nəğdi Livanın “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.
“Biz hazırda asimmetrik deyil, ənənəvi müharibə aparırıq”, – deyə Nəğdi qeyd edib.
Onun sözlərinə görə, İran indiyədək bütün hərbi imkanlarından tam istifadə etmədən raket və dronlar vasitəsilə öz təhlükəsizliyini təmin edə bilib.
İİKK müşaviri bununla belə, vəziyyətin dəyişə biləcəyinə işarə edib. O bildirib ki, asimmetrik müharibəyə keçid ABŞ ərazisində, o cümlədən Wall Street və Manhettendə hədəflərin vurulmasını nəzərdə tuta bilər.
“İstənilən yerdə və istənilən vaxt, indiyədək istifadə olunmamış imkanlardan yararlanaraq müharibə aparmaq mümkündür. İndiyədək buna ehtiyac olmayıb”, – deyə Nəğdi vurğulayıb.
Açıqlama ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir vaxtda səslənib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını açıqlayıb və Tehranı görünməmiş səviyyədə təcrid etməyə çalışdıqlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 31 Avqust 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















