Icma.az
close
up
RU
AKTYOR: “Onları inandırmaq çətin olsa da…”

AKTYOR: “Onları inandırmaq çətin olsa da…”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bildiyimiz kimi, bu gün “Bir iyun  uşaqların beynəlxalq müdafiəsi günü”dür. Əlbəttə,  fidanlar bizim gələcəyimizdir. Ancaq biz o gələcəyimizlə necə davranmalıyıq. Onlara necə xidmət etməliyik. Bu məsələ artıq fərdiləşmiş mövzudur. Yəni hər kəs öz övladını  necə görmək istəyirsə, elə yetişdirməyə çalışır. Bütün bu məsələlərin fövqündə isə bir məqam dayanır-  uşaqları inandırmaq. Texnologiyanın bu qədər inkişaf etdiyi bir vaxtda onları inandırmaq nə dərəcədə asandır. Doğrudanmı uşaqlar əvvəlki qədər nağıllara inanır?

Ömrünü uşaqları inandırmağa və  güldürməyə  həsr edən Azərbaycan Dövlət Kukla Teatrının aktyoru  Rəhim Rəhimov  müasir dövrdə uşaqları inandırmaq çox çətin olduğunu söyləyib:

“Ümumiyyətlə, uşaqları indiki zamanda nağıllara inandırmaq çox çətindir.  Biz çalışırıq ki, tamaşaları  müasirləşdirək ki,  teatr uşaqlara maraqlı gəlsin.  İndi uşaqlar daha  çox  “youtube”  üzərindən yayımlanan cizgi filmlərinə və həmin presonajlara daha çox maraq göstərirlər. Biz də tamaşalarda  o  presonajlardan istifadə edirik ki,  uşaqlar teatra  gəlib, tamaşaya baxanda onlar  üçün  tamaşa maraqlı olsun. Bütün çabalarımız onların zövqünü oxşamaq üçündür.  Çalışırıq ki, uşaqların tamaşaya diqqətini  müasir mövzularla çəkək.  Uşaqlar daha çox öz dövrlərinin personajlarını sevirlər. Onu da qeyd edim ki, yeni personajları teatra gətirməklə qətiyyən uşaqların zövqünü  korlamırıq.  Əksinə, o presonajlar vasitəsiylə uşaqları xeyirxahlığa , mərhəmətli olmağa səsləyirik. Bütün tamaşalarımızın əsas “mesaj”ı odur ki, dünyada yaxşılıq qalib gəlir. Onları inandırmaq nə qədər çətin olsa da müxtəlif yollarla buna cəhd edirik.  Onları özümüzə inandırmağa çalışırıq ki, uşaqlar tamaşalara gəlsinlər. Uşaqlar bizim gələcəyimizdir. Biz tamaşalarımızla ancaq onlara  yaxşı mesajlar ötürürük”.

Əntiqə Kərimzadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 İyun 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri