Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Akutaqava: “Dəli olmaqdan qorxuram”

Akutaqava: “Dəli olmaqdan qorxuram”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yığcam, miniatür əsərləri ilə dünya ədəbiyyatında unudulmaz iz buraxan yapon yazıçısı Akutaqava Rünoskenin 30 yaşında yazdığı “Sıx meşədə” adlı hekayəsi onun yaradıcılığının ikinci dönüş nöqtəsi hesab edilir. Zamanında tənqidçilər bu hekayəni mistikanın ən yüksək zirvəsinə qaldırılmış bədii əsər adlandırmışlar. 

Hekayə dərin meşəlikdə meyiti tapılmış bir samurayın qətlindən bəhs eləyir. Əsərdə qurulan məhkəmə zamanı samurayın ölümündə şübhəli bilinən quldur, samurayın arvadı və samurayın ruhu danışır...

Məşhur yapon yazıçısı Akutaqava Rünoske 1892-ci ildə Tokioda, süd alveri ilə dolanan Tosidzo Niihara adlı  kasıb bir kişinin ailəsində dünyaya göz açır. Yapon təqviminə görə əjdaha ilində, əjdaha günündə və əjdaha saatında doğulduğuna görə körpəni (“rü”- əjdaha mənasını verən birinci ieroqlifin adı ilə) Rünoske adlandırırlar.  Doğularkən atasının 42, anasının isə 33 yaşda olması körpə üçün yaxşı əlamət sayılmır. Çünki, yapon inancına görə valideyinlərinin yaşı otuzu keçdikdən sonra doğulan uşağın taleyi heç də ürəkaçan olmur. Buna görə uşağı ailədən kənarlaşdıraraq övladı olmayan dayısının himayəsinə verirlər. Qədim yapon mədəniyyətinə yaxşı bələd olan dayısı Mitiaki Akutaqava uşağı öz evində böyüdür və soyadını ona verir. 
“Anamı heç vaxt xatırlaya bilmirəm, çünki o, dünyadan gedərkən mən on aylıq körpə olmuşam. Hərdən anamı görmək istəyəndə dayıma tamaşa edir, xəyalımda onun qadın formasını canlandırıram”.  

Doğuşdan sonra güclü əsəb xəstəliyi keçirdiyinə görə, körpə Rünoskenin anasını müalicə üçün ruhi xəstəxanaya qoyurlar. Dözülməz ruhi əzablara tab gətirə bilməyən ana palatada tək qalarkən intihar edir. 

Anasının faciəli həyat hekayəti və valideynlərindən keçən irsi əsəb xəstəliyi sonralar yazıçı Akutaqava Rünoskenin yaradıcılığını sona qədər təqib edir.  
Rünoske 1910-cu ildə Tokiyo orta məktəbini bitirdikdən sonra ingilisdilli ədəbiyyatı yaxşı öyrənmək üçün Birinci kollecə qəbul olur. O, 1913-cü ildə kolleci bitirir və Tokiyo İmperator universitetinin ingilis dili fakültəsinə daxil olur. İlk vaxtlar dərslərdə həvəslə iştirak edən gənc yazar sonralar oradakı mühazirələrin cansıxıcı olmasından  bezərək universitetə davamiyyəti dayandırır. Beləliklə, Rünoske sərbəst mütaliəyə başlamağı qərara alır. Gənc yazar  Avropa yazıçıları, şairləri və filosoflarının yaradıcılığı ilə  yaxından tanış olur. Öz yazıçı dostlarına Bodleri, Strindberqi, Berqsonu oxumağı tövsiyə edir. 

Akudaqava həmin illərdə ədəbi estetika baxımından ona yaxın olan yazar dostları ilə “Sinsitö” (“Yeni axın”) adlı jurnal nəşr edir. Jurnal əsasən naturalizm ədəbi məktəbinin nümayəndələrini tənqid üzərində qurulur. “Sinsitö”çilər özlərini antinaturalislər kimi qələmə verir, neorealizmi təbliğ edirlər. Onların fikrincə yazar təkcə öz çağının hadisələrində ilişib qalmamalı, tarixin müxtəlif qatlarına baş vurmalı, əsərlərində qədim yapon mifik düşüncəsindən də yararlanmalıdı. Elə bu ideyalarına görə də Akutaqava öz yaradıcılığında tarixi hadisələrdən, yapon pritçalarından, müxtəlif inanc və mifoloji mətnlərdən daim ustalıqla istifadə etmişdi. 

O vaxtlar Yaponiya özünü gənc burjua ölkəsi saydığından bütün sahələrdə Qərbə meyillilik hiss olunurdu. Lakin ədəbi mühit feodal düşüncəli yazarların inhisarında çabalayırdı. Yaşlı yazarlar ədəbiyyatda yeniliyi yaxın buraxmaq istəmir, qədim yapon ənənələrindən kənara çıxmağı fəlakət sanırdılar. Bütün çap vasitələri müxtəlif gerizəkalı adamların əlində cəmlənmişdi. Yaşlı nəslin nümayəndələri olan yazarlar gəncləri öz ətrafına toplayaraq yeni ədəbiyyata savaş açmışdı. Akutaqava həmin ədəbi proseslərin qaynadığı dövürdə nisbətən yenilik tərəfdarı sayılan, 20-ci əsr ingilis ədəbiyyatına yaxşı bələd olan, ustad yazıçı Nasume Sosekinin (1867-1916) öz evində düzənlədiyi ədəbi məclislərə gedir.     

“Rasömon darvazası” və “Burun” hekayələrinə görə 1915-ci il Akutaqava yaradıcılığının əsas başlanğıcı hesab olunur. Bu əsərlər Yapon ədəbiyyatına tamam yeni, novator bir müəllifin gəlməsindən xəbər verir. 

Akutaqava nəsrinə Meydzi epoxasının yazarları Nasume Soseki, Mori Oqayla yanaşı, Mopassan, Frans, Strindberq, Dostoyevski, Tolstoy, Çexov kimi Avropa və rus yazıçıları da təsirsiz ötməmişdi. Onun “Batat sıyığı”, “Burun” hekayləri Qoqolun məşhur “Şnel” və “Burun” povestlərinin təsiri ilə yaranıb. “Bağ” hekayəsində isə Çexovun “Albalı bağı” adlı pyesindən ilhamlandığı məlumdu. 

Yazıçının 1918-ci ildə “Osaka mayniti” qəzetində çap elədiyi “Cəhənnəm əzabları” adlı dəhşət saçan novellası onu yenidən ədəbiyyatın gündəminə gətirir. Demək olar ki, bu əsərlə o, özünün gələcək taleyini yazır. 

Akutaqava qələminin qüdrəti Avropa və rus ədəbi formalarının yapon ənənələri ilə universal sintezində idi. Tədqiqatçılar onun qələmə aldığı mövzuların tarixiliyini üç əsas dövrə bölürlər. Birinci dövr: 10-12-ci əsrlər, Yaponiyanın paytaxtı Kiotonun çiçəklənməsi; ikinci dövr: 16-cı əsrin sonları, Yaponiyada xristianlığın yayılması və təsiri; üçüncü dövr isə: 19-cu əsrin ikinci yarısında imperator Meydzinin hakimiyyəti zamanı Yaponiyanın inkişafı  hesab olunur. 

Akutaqava qədim ənənələrdən gen-bol istifadə etməsini belə əsaslandırırdı: “Keçmiş insanla müasir insanın ruh durumunda çoxlu eyniliklər var. Əsas məsələ də elə budu!”   

Yazıçı 1916-cı ildə Mexaniki Dəniz məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayır. Lakin o, bu işindən heç də xoşlanmır. Gələcək həyat yoldaşına ünvanladığı məktubda belə yazır: “Müəllimlik məni əsəbləşdirir. Mən yalnız  qarşımda ağ vərəq, qələm və tütün görəndə sakitləşə bilirəm”. 
Tezliklə müəllimliyi tərk edən Akutaqava  1919-cu ildən Tokioya köçərək “Osaka mayniti simbun” qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Lakin müalicəsi tapılmayan irsi əsəb ona dözülməz əzab verir. O, 1921-ci ildə bir müddət sakitləşmək üçün Çinə  səfər edir. Dörd aydan sonra geri qayıdan  yazıçı əvvəlkindən daha üzgün görünür.  Depressiya və yuxusuzluq sağlamlığını dayanmadan gəmirdikcə  Rünoske manyak kimi yazmağına davam edir. O, sakitləşdirici dərmanlarla özünü yuxuya versə də mütəmadi olaraq, röyalarında ölmüş doğmalarını, intihar etmiş anasını görür, qarabasmalardan boğulur. Dostlarına müxtəlif yerlərdə öz oxşarını gördüyünü, anası kimi ağlını itirməkdən qorxduğunu söyləyir.  

Yazıçının 1920-ci illərdən başlayaraq ölümünə qədər yazdıqlarının əksəriyyətini avtobioqrafik adlandırmaq olar. Çünki, həmin dönəmdə qələmə aldığı əsərlərin əksəriyyəti dəliliyin, şəxsi iztirabların və hallisünasiyaların məhsuludu.  Ömrünün sonlarına yaxın  yazdığı “İlğım”, “Dişli çarxlar”, “Köhnə dosta məktub” hekayələrində, “İdiotun həyatı” povestində yazıçının psixi sarsıntılarının doğurduğu intihar meyilləri açıqca duyulur.

Onun realist, mifik, romantik, fantastik janrlarda qələmə aldığı çoxlu sayda şeir, esse, novella, hekayə, pyes və povestlər Yapon ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının incilərindən sayılır. 

Rünoske Akutaqava 24 iyul, 1927-ci ildə iztirablarla dolu həyatına son qoyur. Ölmək üçün yüksək dozada vernol həbləri qəbul edən yazıçı bir daha yuxudan ayılmır. 

Ölümündən sonra dünyanın bir çox dillərinə tərcümə olunmuş əsərləri ardıcıl çap olunaraq yüksək tirajla satılır.

Yazıçının dostu Kikuti Kan 1935-ci ildə Akutaqava adına ədəbi mükafat təsis edir. Mükafat hər il Yaponiyanın ən istedadlı gənc yazarlarından birinə verilir.  

1950-ci ildə məşhur kinorejissor Akira Kurosava onun “Sıx meşədə” hekayəsinin motivləri üzərində “Rasömon” adlı bədii film çəkmişdi. Film dünya xalqlarının on ən yaxşı filmi siyahısına salınıb.  
  
Murad Köhnəqala 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Noyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri