Icma.az
close
up
RU
Dəli, yoxsa dahi?

Dəli, yoxsa dahi?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdəki paylaşımları onun psixi sağlamlığı ilə bağlı suallar doğursa da, ekspertlər onda "narsisistik şəxsiyyət pozğunluğu" ola biləcəyinə diqqət çəkiblər. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp əvvəlcə sosial mediada özünü kral və Elkapone tipli qanqster kimi təqdim edib. Daha sonra Qəzza zolağında İsrailin Baş naziri Netanyahu ilə kokteyl içdiyini göstərən, süni intellektlə yaradılmış videonu paylaşıb. Papa Fransisk vəfat etdikdən sonra Ağ Evin rəsmi "X" hesabında süni intellektin yaratdığı obrazla özünü Vatikan lideri, Papa kimi göstərib. 

Nəhayət, o, “Ulduz Döyüşləri” filmlərini xatırladan, Ağ Evin rəsmi "X" hesabında da yerləşdirilən film posterində baş qəhrəman kimi göstərilib. Sözügedən yazıda Tramp işıq qılınclı Sith (şərin nümayəndəsi) ovçusu kimi baş rolu oynayıb. ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinə yanvarın 20-də sosial mediada səs-küy salmaqla başlayıb və bu davam edir. 

Bununla belə, həm özünün “Truth Social” sosial media platformasında, həm də "X"-də yazıları getdikcə qəribə olmağa başlayıb. Xüsusilə Ağ Evin rəsmi hesabında Papa və “Ulduz Döyüşləri”nin qəhrəmanı haqqındakı yazılan paylaşımları görənləri heyrətə salıb. 

Trampı “Allahın yer üzündəki nümayəndəsi” kimi göstərən “Papa Tramp” yazısına həm ABŞ-dəki katolik icma, həm də İtaliya və Avropadakı katoliklərdən reaksiyalar gəlib. İtaliyanın keçmiş baş naziri Matteo Renzi "X"-də yazıb:

“Bu, dindarları incidən, institutları aşağılayan və qlobal sağın liderinin təlxək olmaqdan həzz aldığını göstərən görüntüdür”. 

Son zarafatı güldürmədi 

Tramp jurnalistlərə gələn etirazlara cavab olaraq bildirib ki, Papa fotosu "Truth Social" və "X" hesablarında “zarafat” kimi paylaşılıb. Jurnalistlərdən birinin məsələ ilə bağlı sualına Tramp “Mənim bununla heç bir əlaqəm yox idi. Sadəcə kimsə bunu zarafat üçün edirdi. Heç nə yoxdur. Bir az əylənməlisən, elə deyilmi?",- deyib. 

Bəs Tramp bütün bu paylaşımları niyə edirdi? 

Onun məqsədi tənqidçiləri troll etmək, rəqiblərini qıcıqlandırmaq idi, yoxsa o, həqiqətən də bunu hiss etdiyi və inandığı üçün bunları paylaşdı? Bir sözlə, Tramp dəli idi, yoxsa dahi? 

Mütəxəssislər "Reuters" agentliyinə Trampın süni intellekt şəkillərinin, həqiqəti və uydurmaları yalnış yönləndirəbiləcək şəkildə bulandırdığını, bunun da problem olduğunu söyləyiblər. Bostondakı Şimal-Şərq Universitetinin AI-Media Strategiyaları Laboratoriyasının direktoru Con Vihbi deyir: 

"Düşünürəm ki, biz yeni bir fenomen görürük -siyasi güc və hekayə üstünlüyü üçün təşkil edilmiş sosial media və süni intellekt gücünün birləşməsini". 

"Terapi İstanbul Psixiatriya Klinikası"ndan psixoloq Ayşe Kayhan bildirib ki, Donald Tramp öz paylaşımlarında “baxımsız uşaq” sindromunun bütün əlamətlərini göstərir. Kayhan Trampın davranışını belə qiymətləndirir: 

"Tramp demans əlamətlərinin görünməyə başlaya biləcəyi bir yaşdadır. Lider olaraq özünə sərmayə qoyan və öz istedadlarını inkişaf etdirən bir şəxsiyyətdən danışmırıq. "Mən buradayam, məni gör” deyə qışqıran kifayət qədər istehzalı və uşaq kimliyindən danışırıq. 

Mövcud mövqeyində gücləndikcə, getdikcə “Sən məni məğlub edə bilməzsən” anlayışına qapılır və başqalarının ağlını ələ salır. Təbii ki, Trampın ətrafı da bu vəziyyətə çox təsir edir, onun sosial mediada etdiyi hər şeyə “çox yaxşı” deyən bir komanda var". 

Qeyri-adekvat narsisistik şəxsiyyət pozğunluğu 

Belə bir profil psixoloji olaraq nəyi göstərir? Ayşe Kayhanın sözlərinə görə, bu tip şəxsiyyətlərin altında yatan “qeyri-kafi narsisistik şəxsiyyət pozuqluğu” kimi bir patoloji tərif var: 

“O, davamlı mesaj verir ki, mən varam, mən buradayam, mən prezidentəm, məni aşağı sala bilməzsən, mən çox önəmliyəm. Amma həqiqətən idarəçilik davranışı nümayiş etdirirmi? Xeyr. O, hadisələrdən xəbərdardırmı? Xeyr. Söhbət öz iddialarını və məqsədlərini həyata keçirmək üçün müqavimət göstərən korlanmış, kifayət qədər kinayəli profildən gedir, bir sözlə, o, nə qədər cahil olmaq istəyir. Söhbət tarixi axardan, qlobal konyukturadan xəbərsiz, dünyanı idarə edən cəhalətdən gedir”. 

Uşaq kimidir 

Bəs, bu profilə malik siyasətçi siyasi qərarlarını emosiyalarına əsaslanaraq, yoxsa düşüncələrinə əsasən verir? Klinik Psixoloq Ayşe Kayhanın bu suala cavabı belədir: 

"Ani qərarlar. Yəni 5 saatlıq görüşdə ona az söz verilsə, "Bəsdir, darıxdım" deyib ayrıla bilər. Onsuz da bir çox sahədə impulsiv davranır. Uşaq kimi düşünün. Heç vaxt “yox” demədiyiniz bir uşağın fikir formalaşmasını gözləməzsiniz. Çünki sizə “yox” deyən uşaq onu “hə”yə çevirmək üçün bəzi düşüncələr inkişaf etdirir, sosial zəkasından istifadə edir, sizi inandırmaq üçün səy göstərir və bütün bunlar idrak inkişafı təmin edir. 

Gördüklərimə görə, Trampın koqnitiv inkişafı onun istədiyi oyuncağı almaq, istədiyi pulu qazanmaq, istədiyi ölkəyə sahib olmaq və s. kimidir. Nəticə etibarı ilə biz bu adamdan bu səlahiyyətlərlə dövləti idarə edərkən sosial psixoloji refleksləri, ənənələri nəzərə alaraq qərar verməsini gözləmirik. Çünki bu cür məlumatlar onun üçün lazımsız və darıxdırıcıdır”. 

Bəs, Tramp sosial mediada özünü Roma Papası kimi qələmə verəndə doğrudanmı Papa olmaq istəyir? Ayşe Kayhan bu suala cavabında  “Buna yox deyə bilmərəm”,- deyir: 

"Niyə də olmasın? Yanındakılardan biri "Niyə də olmasın, Prezident, niyə Papa olmursan?" desə, bu yolu tuta bilər. Vatikana gedib "Mən burdayam, daha papa seçməyə ehtiyac yoxdur" deyərmi? O gedər, sonra sərt reaksiya ilə qarşılaşarsa, “Zarafat etdim” deyərdi". 

Nigar 
"Cebheinfo.az"

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri