Icma.az
close
up
RU
“Al Arabiya”: Qəzzada aclıq və xaos səbəbindən HAMAS təhlükəsizliyə nəzarəti itirib

“Al Arabiya”: Qəzzada aclıq və xaos səbəbindən HAMAS təhlükəsizliyə nəzarəti itirib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fələstinin HAMAS hərəkatı Qəzza sektorunda təhlükəsizlik nəzarətini itirib. Bölgədə aclq böhranı və xaos fonunda humanitar yardım yük maşınlarının oğurluğu halları artıb.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat verib.

Mənbələrin sözlərinə görə, oğrular və cinayətkar qruplar humanitar yardım daşıyan yük maşınlarını ələ keçirir, evləri qarət edir və yerli əhalini qorxudurlar. HAMAS bu vəziyyətdən çıxış yolu tapmaq üçün nüfuzlu ailələrin liderlərindən dəstək almağa çalışır, lakin vəziyyət daha da pisləşir.

HAMAS-ın idarəetmə və təhlükəsizlik strukturları iflic olub

“Al Arabiya” mənbələrinin məlumatına görə, HAMAS-ın nəzarətində olan bütün nazirliklər və qurumlar fəaliyyətini dayandırıb. Qəzza sektorunun təhlükəsizlik sistemi isə rəhbər şəxslərin və HAMAS üzvlərinin qətlləri səbəbindən demək olar ki, işləmir. Bunun fonunda ekstremist qruplar fəaliyyətlərini gücləndirib və yeni üzvlər cəlb etməyə başlayıblar.

HAMAS əməkhaqqı ödəməkdə çətinlik çəkir

Mənbələr qeyd edir ki, HAMAS üzvlərinə maaş ödəməkdə çətinlik çəkir. Münaqişə başlayandan sonra Qəzza sektorunun hakimiyyəti vergilər və digər gəlirlərdən məhrum olub. Nəticədə çox sayda dövlət işçisi işini dəyişmək və ya humanitar yardımla dolanmaq məcburiyyətində qalıb.

Humanitar yardım kifayət etmir

2 mart tarixində İsrailin baş naziri Binyamin Netanyahu Qəzza sektoruna humanitar yardım tədarükünün dayandırıldığını və bütün sərhəd keçid məntəqələrinin bağlandığını elan edib. İsrail bu qərarı HAMAS-ın ABŞ-ın təklif etdiyi münaqişə tənzimləmə planını rədd etməsi ilə izah edib. 18 martda İsrail Ordusu Qəzza sektorunda yanvarda əldə edilmiş atəşkəs rejimini pozaraq döyüş əməliyyatlarını bərpa edib. 18 mayda Netanyahu ofisi İsrailin Qəzzada aclığın qarşısını almaq üçün "əsas ərzaq" gətirilməsinə icazə verdiyini açıqlayıb. BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin Yaxın Şərq üzrə müşaviri Adnan Əbu Həsna bildirib ki, son 17 gündə Qəzza sektoruna 800 humanitar yardım yük maşını daxil olub və bu, əhalinin əsas ehtiyaclarının cəmi 9 faizini ödəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyun 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri