HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"HAMAS keçid mərhələsində Qəzzada təhlükəsizlik nəzarətini saxlamaq niyyətindədir və qrupun tərkisilahına dair heç bir öhdəlik götürə bilməz".
APA xəbər verir ki, bunu HAMAS-ın siyasi bürosunun üzvü Məhəmməd Nazzal “Reuters”ə müsahibəsində deyib.
O əlavə edib ki, danışıqların növbəti mərhələsində müzakirə ediləcək məsələlər, o cümlədən silahlar təkcə HAMAS-a deyil, digər silahlı fələstinli qruplara da aiddir və ümumilikdə fələstinlilər arasında ortaq mövqe tələb edir.
HAMAS-ın yüksək rütbəli rəsmisi həmçinin bildirib ki, təşkilat beş ilədək atəşkəsə hazırdır. Gələcəkdə nə baş verəcəyinə dair təminatlar isə, onun sözlərinə görə, fələstinlilərə dövlət qurmaq üçün “ümid” verilməsindən asılı olacaq.
Nəzzal həmçinin bildirib ki, razılaşmanın ikinci mərhələsi üzrə danışıqlar tezliklə başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















