Icma.az
close
up
RU
Alagöz türk tarixinin izi Qərbi Azərbaycan Xronikası

Alagöz türk tarixinin izi Qərbi Azərbaycan Xronikası

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də “Muş ermənilərinin yerləşdirildiyi türk yurdu” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Alagöz toponimi, oronimi və hidronimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistanın əhatə etdiyi, əsrlər boyu oğuz-türklərinin məskən saldığı yurd yerlərini, məkanları unutdurmaq üçün haylar müxtəlif məkrli üsullara əl atıblar.

Alagöz - Talın mahalının Alagöz, sonralar Araqats rayonunda kənd olub. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Muş, Ayntap vilayətlərindən köçürülərək yerləşdirilib.

Alagöz - Dərələyəz mahalının, Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda kənd adıdır. Kəndin adı V əsrdən xatırlanır və burada 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıb. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunub və kəndə ermənilər yerləşdirilib.

Alagöz - Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində mahal adıdır. Alagöz mahalı Göyçə mahalı ilə həmsərhəd olub.

Alagöz - Talin mahalının mahalının eyni adlı rayonunda kənd adıdır. 1950-ci il iyulun 31-də adı dəyişdirilib Araqadz qoyulub.

Alagöz - Keşişkənd rayonunda qaladır və adı dəyişdirilib Tsaxatskar qoyulub. Eyni zamanda bu ərazidə çay adıdır.

Alagöz – Qərbi Azərbaycanda yeləşən dağın adı dəyişdirilib Araqadz qoyulub.

Alagöz - Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda göl adıdır.

Alagöz - Göyçə gölünün cənub-şərqində yerləşən gölün adı dəyişdirilərək Alliçmedz qoyulub.

Sonda vurğulanır ki, izi itirilən bu toponim də ermənilərin məkrli saxtalaşdırma planlarının bariz nümunəsidir: “Lakin əminik ki, Alagöz adını daşıyan və yaddaşımıza hopan kənd, çay, göl və dağlar yenidən əzəli sahiblərinin gəzdiyi məkanlar olacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Dekabr 2024 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri