Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Alagöz türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası: Alagöz türk tarixinin izi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Muş ermənilərinin yerləşdirildiyi türk yurdu" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Alagöz toponimi, oronimi və hidronimi haqqında söz açılıb.

Bildirilib ki, indiki Ermənistanın əhatə etdiyi, əsrlər boyu oğuz türklərinin məskən saldığı yurd yerlərini, məkanları unutdurmaq üçün haylar müxtəlif məkrli üsullara əl atıblar.

Alagöz - Talin mahalının Alagöz, sonralar Araqats rayonunda kənd olub. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Muş, Ayntap vilayətlərindən köçürülüb.

Alagöz - Dərələyəz mahalının, Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda kənd adıdır. Kəndin adı V əsrdən xatırlanır və burada 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıb. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunub və kəndə ermənilər yerləşdirilib.

Alagöz - Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində mahal adıdır. Alagöz mahalı Göyçə mahalı ilə həmsərhəd olub.

Alagöz - Talin mahalının mahalının eyniadlı rayonunda kənd adıdır. 1950-ci il iyulun 31-də adı dəyişdirilib Araqats qoyulub.

Alagöz - Keşişkənd rayonunda qaladır və adı dəyişdirilib Tsaxatskar qoyulub. Eyni zamanda bu ərazidə çay adıdır.

Alagöz - Qərbi Azərbaycanda yeləşən dağın adı dəyişdirilib Araqats qoyulub.

Alagöz - Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda göl adıdır.

Alagöz - Göyçə gölünün cənub-şərqində yerləşən gölün adı dəyişdirilərək Aliçmedz qoyulub.

Sonda vurğulanıb ki, izi itirilən bu toponim də ermənilərin məkrli saxtalaşdırma planlarının bariz nümunəsidir: "Lakin əminik ki, Alagöz adını daşıyan və yaddaşımıza hopan kənd, çay, göl və dağlar yenidən əzəli sahiblərinin gəzdiyi məkanlar olacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Alagöz - türk tarixinin izi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Dekabr 2024 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri