Icma.az
close
up
RU
Albaniya klubuna keçən Kamil Liverpul da oynamaq istəyir AÇIQLAMA

Albaniya klubuna keçən Kamil Liverpul da oynamaq istəyir AÇIQLAMA

Fanat saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanlı gənc futbolçu Kamil Sadıqov yeni mövsümdə Albaniyanın Kavaya şəhərini təmsil edən "KS Besa Kavaya" klubunda top qovacaq. 

Bu barədə Fanat.Az-a oyunçunun atası Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Kamil “KS Besa Kavaya”da mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək:

"Kamil futbola 6 yaşında başlayıb. Uşaqlıqdan hiperaktiv olması və futbola olan böyük sevgisi onun məhz bu idman növünü seçməsində əsas rol oynayıb. Futbolda ilk addımlarını "Əlincə"də atıb və burada 6 il ərzində özünü xeyli inkişaf etdirib, müxtəlif müxtəlif turnirlərdə uğurlu çıxışları ilə diqqət çəkib. Daha sonra "Qarabağ"ın məşqçilərinin diqqətini cəlb edən Kamil klubun akademiyasına dəvət olunub. “Qarabağ”da keçirdiyi 6 il ərzində həm texniki, həm taktiki, həm də liderlik keyfiyyətlərini nümayiş etdirib, özünü perspektivli futbolçulardan biri kimi təsdiqləyib, "köhlənlər"in 19 yaşadək oyunçulardan ibarət komandasının kapitanı seçilib". 

Ardından Azərbaycan I Liqasında mübarizə aparan "Difai"də davam etdirən gənc yarımmüdafiəçi buradakı uğurlu oyunu sayəsində Albaniyadan dəvət alıb. 

Kamil özü isə Fanat.Az-a əsas hədəflərini açıqlayıb. O, gələcəkdə Azərbaycan milli komandasının formasını geyinmək, eləcə də dünyanın ən nüfuzlu futbol liqalarından birində oynamaq və ölkə futbolunu ən yüksək səviyyədə təmsil etmək istədiyini deyib. Kamilin əsas arzularından biri İngiltərənin "Liverpul" və Türkiyənin "Qalatasaray" klublarının formasını geyinməkdir.

Qeyd edək ki, "KS Besa Kavaya" Albaniyanın ən köklü və tanınmış futbol klublarından biridir. Klub 25 oktyabr 1925-ci ildə yaradılıb və ölkənin ən qədim futbol kollektivlərindən sayılır. İlk illərində "Adriatiku" və "SK Kavaya" adları ilə fəaliyyət göstərsə də, 1935-ci ildən "Besa" adını daşıyır. Klubun ev oyunları Kavayadakı Besa Stadionunda keçirilir. Ənənəvi forma rəngləri sarı və qaradır. Hazırda Albaniyanın ikinci liqasında çıxış edir. Tarixi boyunca 2 dəfə Albaniya Kubokunun  (2007, 2010), 1 dəfə Albaniya Superkubokunun qalibi (2010), 1 dəfə isə Balkan Kubokunun finalçısı (1971) olub. Kavaya təmsilçisi 2000-ci illərin sonlarında UEFA İntertoto Kuboku və UEFA Avropa Liqasının seçmə mərhələlərində də iştirak edib.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Avqust 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri