Icma.az
close
up
RU
Albaniya klubuna keçən azərbaycanlının “Liverpul” arzusu

Albaniya klubuna keçən azərbaycanlının “Liverpul” arzusu

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı gənc futbolçu Kamil Sadıqov yeni mövsümdə Albaniyanın Kavaya şəhərini təmsil edən “KS Besa Kavaya” klubunda top qovacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçunun atası açıqlamasında deyib.

O, Kamilin “KS Besa Kavaya”da mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcəyini bildirib:

“Kamil futbola 6 yaşında başlayıb. Uşaqlıqdan hiperaktiv olması və futbola olan böyük sevgisi onun məhz bu idman növünü seçməsində əsas rol oynayıb. Futbolda ilk addımlarını “Əlincə”də atıb və burada 6 il ərzində özünü xeyli inkişaf etdirib, müxtəlif turnirlərdə uğurlu çıxışları ilə diqqət çəkib. Daha sonra “Qarabağ”ın məşqçilərinin diqqətini cəlb edən Kamil klubun akademiyasına dəvət olunub. “Qarabağ”da keçirdiyi 6 il ərzində həm texniki, həm taktiki, həm də liderlik keyfiyyətlərini nümayiş etdirib, özünü perspektivli futbolçulardan biri kimi təsdiqləyib, “köhlənlər”in 19 yaşadək oyunçulardan ibarət komandasının kapitanı seçilib”.

Ardından Azərbaycan I Liqasında mübarizə aparan “Difai”də davam etdirən gənc yarımmüdafiəçi buradakı uğurlu oyunu sayəsində Albaniyadan dəvət alıb.

Kamil özü də hədəflərini açıqlayıb. O, gələcəkdə Azərbaycan milli komandasının formasını geyinmək, eləcə də dünyanın ən nüfuzlu futbol liqalarından birində oynamaq və ölkə futbolunu ən yüksək səviyyədə təmsil etmək istədiyini deyib. Kamilin əsas arzularından biri İngiltərənin “Liverpul” və Türkiyənin “Qalatasaray” klublarının formasını geyinməkdir.

Qeyd edək ki, “KS Besa Kavaya” Albaniyanın ən köklü və tanınmış futbol klublarından biridir. Klub 25 oktyabr 1925-ci ildə yaradılıb və ölkənin ən qədim futbol kollektivlərindən sayılır. İlk illərində “Adriatiku” və “SK Kavaya” adları ilə fəaliyyət göstərsə də, 1935-ci ildən “Besa” adını daşıyır. Klubun ev oyunları Kavayadakı Besa Stadionunda keçirilir. Ənənəvi forma rəngləri sarı və qaradır. Hazırda Albaniyanın ikinci liqasında çıxış edir. Tarixi boyunca 2 dəfə Albaniya Kubokunun (2007, 2010), 1 dəfə Albaniya Superkubokunun qalibi (2010), 1 dəfə isə Balkan Kubokunun finalçısı (1971) olub. Kavaya təmsilçisi 2000-ci illərin sonlarında UEFA İntertoto Kuboku və UEFA Avropa Liqasının seçmə mərhələlərində də iştirak edib. (Fanat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Avqust 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri