Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən nümayişlərdə xəsarət alanların sayı 29-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Albanian Post" qəzeti məlumat yayıb. Bildirilir ki, Tiranadakı Universitet Travma Xəstəxanasında müalicə alanlar arasında 23 polis əməkdaşı, 5 etirazçı və 1 hadisə şahidi var.
Tiranada ardıcıl ikinci gündür davam edən gərginlik oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında tələbələrin aksiyası ilə başlayıb. Baş nazir Edi Ramanın istefasını tələb edən nümayişçilər hökumət başçısının iqamətgahına daxil olmağa cəhd göstəriblər. Polis müqaviməti ilə qarşılaşdıqdan sonra qruplara bölünən etirazçılar şəhər mərkəzindəki dövlət binalarına zərər vurmağa başlayıblar. İğtişaşlar nəticəsində Parlament, Ədliyyə Nazirliyi və Dövlət Arxivi olmaqla, bir neçə dövlət qurumunun binası zədələnib.
Baxış sayı:90
Bu xəbər 15 Oktyabr 2026 03:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















