Albers Ferstappenin 2027 ci ildə “Ferrari”yə qoşulacağını istisna etməyib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Keçmiş “Formula-1” pilotu və ekspert Kristian Albers Maks Ferstappenin “Ferrari”yə qoşulma ehtimalı ilə bağlı fikirlərini bildirib.
İdman.Biz-in məlumatına görə, “Ferrari”nin Ferstappeni almaq imkanları böyükdür.
“Əgər “Ferrari” nəyi isə dəyişmək istəsə, kifayət qədər yaxşı şanslar var. Onlar 2027-ci ildə bu addımı atmaq qərarına gələ bilərlər. Hamilton təxminən eyni miqdarda pul qazanır, ona görə də Ferstappenin maaş tələbləri “Ferrari” üçün şok olmayacaq. Onların böyük cibləri var.
“Ferrari” başa düşür ki, Maksı gətirməklə hər dövrədə 0,3-0,4 saniyə qazana bilərlər. Çünki Maksı almaqla siz özünüzə həm də sürət üstünlüyü almış olursuz. Və bu, çox şeydir. Maşın üzərində işləməklə bunu kompensasiya edə bilmə ehtimalınız azdır. Maksın gəlişi komandanı müxtəlif mühəndislər üçün də cəlbedici bir yerə çevirir, hər kəs dünya çempionu ilə işləmək istəyir”, - “F1Oversteer” Albersin sözlərini sitat gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 11 Dekabr 2025 07:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















