Icma.az
close
up
RU
Piastri “Ferrari”yə keçmək istəyir?

Piastri “Ferrari”yə keçmək istəyir?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Formula-1” üzrə dünya çempionatında mövsüm sona yaxınlaşdıqca ayrı-ayrı pilotların komandasını dəyişmək perspektivi ilə bağlı xəbərlər artır.

“Blick” nəşrinin əməkdaşı Rocer Benua Oskar Piastri haqda cəlbedici xəbər yayıb.
Onun yazdığına inansaq, “Maklaren”in pilotu 2026 mövsümünün ardından “Ferrari”yə keçə bilər. Həmkarımızın fikrincə, Piastrinin və Lando Norrisin “Maklaren”lə uzunmüddətli müqaviləsi olsa da, avstraliyalı hazırda komandasını dəyişmək üzərində düşünür və 2027 mövsümünə “Ferrari”də başlamaq istəyir. İş ondadı ki, dünya mediasında “Ferrari”nin pilotu Şarl Leklerin də 2026 mövsümü bitəndən sonra bu komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
“RMC Motori” nəşrinin yaydığı xəbərə görə, monakolu pilotun meneceri Nikolya Todt onun gələcəyi ilə bağlı “Maklaren”, “Mersedes” və “Aston Martin” təmsilçiləriylə danışıq aparıb.
Xatırladaq ki, Piastri 2023-cü ildən bəri “Maklaren”in şərəfini qoruyur. O, cari mövsümdə 336 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Piastrinin ən yaxın izləyicisi ondan 22 xal geri qalan komanda yoldaşı Norrisdi.
Bu arada sabiq “Formula-1” pilotu, hazırda isə ekspert kimi çalışan Ralf Şumaher də “Ferrari”dəki vəziyyətdən danışıb.

"Fikir versəz, “Ferrari” pulunun çoxunu əsl fəlakətə xərcləyir. Onların ehtiyac duyduqları hər şey var. Onların iki ən yaxşı pilotu və insanları bir araya gətirən, birlikdə işləməyə kömək edən Frederik Vasör var. Onlar uğur qazanmaq üçün lazım olan hər şeyə sahib olmalıdılar. Maşın, mühərrik, transmissiya - hər şeyi bir dam altındadı. Buna görə də bəzən onların niyə axsadıqlarını başa düşmək çətin olur”.

“Ferrari” hazırda 298 xalla Mühəndislər kubokunun turnir cədvəlində üçüncüdü. “Formula-1” mövsümünün bitməsinə altı tur qalmış “Mersedes” 325 xalla ikincidi. “Maklaren” isə 650 xal toplamaqla vaxtından əvvəl çempion olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri