Icma.az
close
up
RU
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində

“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Mayın 16-da Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində təqdim olunacaq “Aldanmış Canavar” adlı yeni səhnə işi uşaqlıq yaddaşlarının ən sevilən obrazlarını kukla sənətinin estetik imkanları ilə yenidən canlandıracaq. Tamaşanın əsas özəlliklərindən biri ekran estetikasının birbaşa təkrarı deyil, onun kukla teatrının özünəməxsus ifadə vasitələri ilə yenidən qurulmasıdır. Səhnədə klassik parket kuklaları, dinamik mizanlar, plastika, işıq həlli və musiqi sintezi vasitəsilə hərəkətli, rəngarəng və emosional atmosfer yaradılır. Tamaşa boyu kuklaların xarakterik jestləri, şərti teatr dili və ritmik səhnə keçidləri uşaqları əyləndirməklə yanaşı, böyüklərdə də nostalji hissi oyadır.

AZƏRTAC xəbər verir ki, bunu teatrın mətbuat katibi Həmidə Rüstəmova deyib.

O qeyd edib ki, birhissəli kukla tamaşası milyonlarla tamaşaçının yaddaşına həkk olunan “Nu, pogodi!” (“Dayan, görərsən!”, “Əlimə düşərsən!”, “Bir dayan...”) cizgi filminin motivləri əsasında hazırlanıb.

“Yeni səhnə yozumunda təqdim edilən tamaşa məşhur Canavar və Dovşan duetinin bitməyən qarşıdurmasını bu dəfə teatr kuklasının poetik dili, canlı oyun enerjisi və musiqili səhnə ritmi ilə təqdim edir. Nəzərə alsaq ki, kukla teatrının daimi tamaşaçıları həm də o uşaqlara qoşularaq tamaşa salonunda yer alan böyüklərdir, bu lap yerinə düşəcək. Məşhur rus satirikləri Aleksandr Kurlyandski və Arkadi Hayt tərəfindən qələmə alınmış süjet əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdır. Rejissor əsərin məşhur süjet xəttini qorumaqla yanaşı, müasir uşaqların baxış və qavrama tərzinə uyğun yeni teatr dili formalaşdırıb.

“Aldanmış Canavar” sadəcə əyləncəli təqib hekayəsi deyil. Tamaşa yumor və oyun dili vasitəsilə tamaşaçıya vacib mesaj ötürür: aqressiya, hiylə və səbirsizlik insanı məqsədinə çatdırmır. Səbir, dostluq və qarşılıqlı anlayış isə ən mürəkkəb vəziyyətlərdə belə qalib gəlməyi bacarır. Səhnədə Canavarın hər uğursuz cəhdi komik situasiya yaratsa da, tamaşanın finalında qarşıdurmanı dostluq əvəz edir.

Səhnə işində obrazları aktyorlar Rauf Babayev, Lina Məmmədova, Afət Zülfüqarova, Yelena Qədimova, Araz Həsənli və Vüqar İsmayılov canlandırırlar. Tamaşanın quruluşçu rəssamı Rəna Abbasova səhnə məkanını cizgi estetikasına yaxın rəng palitrası, transformasiya olunan dekor elementləri və xarakterik, ifadəli kukla həlli üzərində qurub. Musiqi tərtibatı isə səhnə dinamizmini gücləndirərək hadisələrin ritmini müəyyənləşdirən əsas komponentlərdən birinə çevrilir”,-deyə H.Rüstəmova əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri