Icma.az
close
up
RU
Bu dəfə “Aldanmış Canavar”...

Bu dəfə “Aldanmış Canavar”...

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mayın 16-da (saat 18.00) Azərbaycan Dövlət Kukla Teatrı tamaşaçılarını növbəti premyera ilə sevindirəcək.

OLAY yazır ki, teatrın rus bölməsində təqdim olunacaq “Aldanmış Canavar” adlı yeni səhnə işi uşaqlıq yaddaşlarının ən sevilən obrazlarını kukla sənətinin estetik imkanları ilə yenidən canlandıracaq.

Birhissəli kukla tamaşası milyonlarla tamaşaçının yaddaşına həkk olunan “Nu, pogodi!” (“Dayan, görərsən!”, “Əlimə düşərsən!”, “Bir dayan...”) cizgi filminin motivləri əsasında hazırlanıb. Yeni səhnə yozumunda təqdim edilən tamaşa məşhur Canavar və Dovşan duetinin bitməyən qarşıdurmasını bu dəfə teatr kuklasının poetik dili, canlı oyun enerjisi və musiqili səhnə ritmi ilə təqdim edir.

Tamaşanın əsas özəlliklərindən biri ekran estetikasının birbaşa təkrarı deyil, onun kukla teatrının özünəməxsus ifadə vasitələri ilə yenidən qurulmasıdır. Səhnədə klassik parket kuklaları, dinamik mizanlar, plastika, işıq həlli və musiqi sintezi vasitəsilə hərəkətli, rəngarəng və emosional atmosfer yaradılır. Tamaşa boyu kuklaların xarakterik jestləri, şərti teatr dili və ritmik səhnə keçidləri uşaqları əyləndirməklə yanaşı, böyüklərdə də nostalji hissi oyadır.

Nəzərə alsaq ki, kukla teatrının daimi tamaşaçıları həm də o uşaqlara qoşularaq tamaşa salonunda yer alan böyüklərdir, bu lap yerinə düşəcək.

Məşhur rus satirikləri Aleksandr Kurlyandski və Arkadi Hayt tərəfindən qələmə alınmış süjet əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdır. Rejissor əsərin məşhur süjet xəttini qorumaqla yanaşı, müasir uşaqların baxış və qavrama tərzinə uyğun yeni teatr dili formalaşdırıb.

Tamaşanın quruluşçu rəssamı Rəna Abbasova səhnə məkanını cizgi estetikasına yaxın rəng palitrası, transformasiya olunan dekor elementləri və xarakterik, ifadəli kukla həlli üzərində qurub. Musiqi tərtibatı isə səhnə dinamizmini gücləndirərək hadisələrin ritmini müəyyənləşdirən əsas komponentlərdən birinə çevrilir.

“Aldanmış Canavar” sadəcə əyləncəli təqib hekayəsi deyil. Tamaşa yumor və oyun dili vasitəsilə tamaşaçıya vacib mesaj ötürür: aqressiya, hiylə və səbirsizlik insanı məqsədinə çatdırmır. Səbir, dostluq və qarşılıqlı anlayış isə ən mürəkkəb vəziyyətlərdə belə qalib gəlməyi bacarır. Səhnədə Canavarın hər uğursuz cəhdi komik situasiya yaratsa da, tamaşanın finalında qarşıdurmanı dostluq əvəz edir.

Səhnə işində obrazları aktyorlar Rauf Babayev, Lina Məmmədova, Afət Zülfüqarova, Yelena Qədimova, Araz Həsənli və Vüqar İsmayılov canlandırırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://olay.az
archiveBu xəbər 14 May 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri