Icma.az
close
up
RU
“Alə, Rəşad Məcid, vaxt tapdın vəzifədən çıxmağa?..”

“Alə, Rəşad Məcid, vaxt tapdın vəzifədən çıxmağa?..”

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

1983-cü il idi. Orta məktəbi bitirmişdim. Azad həyata atılmışdım. Özümü çox azad hiss edirdim. Pul qazanmaq istəyirdim. Çünki cavan idim. Gənc yox e.., uşaq idim. Atam isə deyirdi ki, universitetə girməlisən! Ali təhsil almalısan! Sonra evlənməlisən! Uşaqların olmalıdır!
Bir il sonra universitetdə oxuya-oxuya, sonu leytenant rütbəsiylə yekunlaşan hərbi kafedra ola-ola əsgərlik məsələsi ortaya çıxanda (1941-45-ci il müharibəsində ölənlərin nəvəsi yerində olduğumuzdan 18 yaşlı kişilərin qıtlığı idi. Məcbur olub institutda oxuyan 1965-1968-ci il təvəllüdlüləri də aparırdılar) – əsgərliyə getməlisən! – deyən atama qarşı gedə bilməzdim. Bilməzdim yox! Əleyhinə çıxmadım da... Çünki tək idim. Eksperimenti çox uşaq olanda edirdilər. Həm də bütün dediklərinin sonunda “nida” işarəsi vardı, “sual” işarəsi qoyub mənim fikrimi soruşmaq ağıllarından da keçmirdi. Mən isə oxumağın yox, Lenin babamın Azərbaycancaya tərcümədə yanlışlığa yol verildiyi “Oxumaq, oxumaq, yenə də oxumaq” yox, “Öyrənmək, öyrənmək, yenə də öyrənmək” kəlamının tərəfdarıydım. "İnsan ölən günə qədər öyrənir. Öləndə isə ölməyi öyrənir", - bu müdrik kəlam da görkəmli yazıçımız Seyran Səxavətə məxsusdur.

Orta məktəbi bitirən kimi atam – hələ o vaxt Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı laureatı – başladı hərəkətə. Çox çətin idi o vaxt Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmaq. 10 yerə 1 nəfər. Öz gücünə yalnız qızıl medalistlər (onlar bir imtahandan “5” qiymət alanda) daxil olurdular, ya da gərək əmək kollektivlərində işləyib, əsgərlik keçib, kommunist olaydın. Necə? Bir il qabaq gedib xalq arasında “RABfak” (Qullar fakültəsi yox a...), yəni "raboçi fakültə"yə (fəhlə fakültəsi) ərizə yazıb imtahan verəndən, yüksək nəticə qazanandan sonra nail olmaqla. Mənim isə işim sapdan asılı idi. Bunu başa düşmürdüm. Girərəm də... Girməsəydim heç vecimə də deyildi...

Bax burda STOP. Davamının dostum-qardaşım, atamın da böyük hörmətlə yanaşdığı, böyük jurnalist həmkarım Rəşad Məcidə heç bir aidiyyatı yoxdur.

İmtahanlara qədərki dövrdə atamın yaşadığı bir hadisə yadıma düşdü– jurnalistlərin bu gün keçirilən qurultayı və bu qurultayda Rəşad Məcidin sədrliyə namizədliyini irəli sürməməyindən sonra. Baxmayaraq ki, Vüqar Zifəroğlu da sədrliyə layiq və dostumuz-qardaşımızdır. Təbrik edirəm.

Nə isə, qayıdaq 1983-cü ilə. Elə ki, attestatı əlimə aldım, atamın qara günləri başladı. Hamı – Universitetin rektoru Faiq Bağırzadədən üzüaşağı – məni tanıyırdı. Hamı bilirdi ki, mənim imtahan nömrəm 28-dir. Gizlin şriftim də vardı – 28 Aprel. Açıq danışmağa qorxurdular. 28 Aprel isə müqəddəs rəqəm idi – 1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyətinin qurulduğu gün.  Bunların da Rəşad Məcidə dəxli yoxdur.

O vaxt alim, professor, Yəhya Məmmədov Universitetin prorektoru idi. Sonralar isə rektor, akademik, Ali Sovetin deputatı oldu. O həm də Xalq şairi Cabir Novruzun qudası idi. Atamla münasibəti gözəl idi. Onu da deyim ki, mənim ali məktəbə daxil olmağımda onun bir kəlməsinin rolu olub: “Faiq müəllim, keçməyə də bilər”. Bunun da Rəşad Məcidə heç bir dəxli, aidiyyatı yoxdur. (Kaş ki, deməyəydi.)

Dəxli yoxdu deyə-deyə gəlim mətləbə. O ərəfə –  atamın da beynində yalnız tələbə Mahir görmək arzusundan başqa bir şey olmayan bir vaxtda – Qabillə Yəhya Məmmədov indiki “Speys”lə üzbəüz olan Şüşəli bazarın qabağında rastlaşırlar. Salam-əleykdən sonra Qabil soruşur: “Ay Yəhya, necəsən? Kefin necədir?”

53 yaşlı, qoz kimi Yəhya müəllim də başlayır göz qaytarmağa: “Ay Qabil, necə olacağam? Qan təzyiqi kəllə çarxda. Şəkər kəllə-çarxda. Ürək sancır. Dərmanların ümidinə bir təhər... Ölürəm, Qabil, ölürəm...”


İmtahan həyəcanını yaşayan Qabil də dönüb nə desə yaxşıdır: “Alə, vaxt tapdın ölməyə? Qoy uşaq qəbul olunsun, sonra ölərsən də...”

İndi deyəcəksiniz ki, “ay Mahir, bəs bunun Rəşad Məcidə və ya onun Mətbuat Şurasının sədri seçilib-seçilməməyinə nə dəxli?” Onda sizə də danışım, agah olun.

Bu il dekabrın 4-ü 60 yaşım tamam olur. Bu vaxtacan imkanlarım çox idi. Amma heç kimə ağız açmamışdım. AzTV-nin də 100 illik yubileyinin bu yubileyimə təsadüf etməsindən ruhlanıb utana-utana yaxınlaşdım özümə yaxın bildiyim Mətbuat Şurasının sədri, həm də Yazıçılar Birliyinin katibi Rəşad Məcidə. Ədəb-ərkanla söz alıb dedim ki, əgər mümkünsə mənim “Əməkdar jurnalist”liyə təqdimatımı verin. AzTV-də, “Space”də, “Xalq qəzeti”ndə redaktor, baş redaktorun müavini, informasiya şöbəsinin müdiri, Redaksiya Heyətinin üzvü olmuşam. Modern.az saytında 13 ildir köşə yazarı kimi külüng vururam. 13 kitabım çıxıb. Jurnalist, kolumnist, publisist, nasir, Xalq şairi Qabilin 7 cildlik külliyatının tərtibçisi, redaktoru, korrektoru, naşiriyəm (sonuncunu Nizami adına Ədəbiyyat institutu etməliydi). Həm də tərcüməçiyəm. Sonda da əlavə etdim ki, əgər layiqəmsə ha...
Rəşad müəllim də qulaq asdı və geniş tərcümeyi-halımı ona göndərməyimi söylədi. Söz verdi ki, əlindən gələni edəcək.

Bu gün isə görürəm ki, Mətbuat Şurasının sədrliyindən çıxıb. Daha doğrusu, namizədliyini irəli sürməyib. Bu zaman atamın o vaxt Yəhya Məmmədovla Şüşəli bazarın qabağındakı dialoqu yadıma düşdü. Qabilin təbirincə desək:

“Alə, Rəşad Məcid, vaxt tapdın vəzifədən çıxmağa? Qoy uşaq “Əməkdar jurnalist” olaydı, sonra çıxardın da...”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2026 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri