Icma.az
close
up
RU
Rəşad Məcid nəyi düz demir?

Rəşad Məcid nəyi düz demir?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətbuat Şurasının sədri Rəşid Məcid “feysbuk”da diqqətçəkən status paylaşıb. Rəşad bəy həmin statusda bizi xeyli düşündürən və şəxsən məni utanmağa vadar edən sual ünvanlayıb: “Başa düşdüm ki, meydanda cəmi bir azərbaycanlı futbolçu var, yoxsa səhv edirəm?” Bəli, Rəşad Məcidin müşahidəsi düzgün idi. Ölkə kubokunun finalında meydana cəmi bir azərbaycanlı futbolçu çıxmışdı. O da “Zirə”nin üzvü Qismət Alıyev idi. Vəssalam. Belə çıxır ki, azərbaycanlı futbolçular arasında o səviyyəli oyunda meydana çıxmağa layiq olanı yoxdu. Acı da olsa, həqiqətdi.

Bəli, legioner limitinin ləğv edilməsiylə Azərbaycan premyer-liqasında rəqabət artdı, gərgin oyunlar izlədik. Bir qədər də “Qarabağ”ın Çempionlar Liqasında yolunun gözləniləndən uzun olmasının yardımı ilə ölkədə çempionun adı dəyişdi. Heç kim şübhə etmirdi ki, legioner limitinin ləğvi daha çox “Sabah”ın işinə yarayacaq. Yerli futbolçu oynatmaq tələbi aradan qalxandan sonra “Sabah” sponsorlarının səxavəti sayəsində heyətini legionerlərlə bir qədər də gücləndirdi və hamıdan güclü olmağa çalışdı. Sonda bunu bacardı da. “Sabah”ın uğurunun üzərinə kölgə salmaq fikrində deyiləm. Bir halda ki, reqlament buna imkan verib, adamlar da bu reqlamentə uyğun şəkildə gücləniblər. Nəticədə də həm premyer-liqada, həm də ölkə kubokunda rəqiblərini üstələyiblər. Bütün bunlar klubun öz marağıdı. Bəs Azərbaycan futbolunun maraqları?
Təəssüf ki, Azərbaycan futbolunun maraqları heç kimi düşündürmür. Çempionluqlar, kuboklar gələcək-gedəcək. Bir mövsüm “Sabah” çempion olacaq, gələn mövsüm isə “Qarabağ” daha artıq pul xərcləyəcək və hamını üstələyəcək. Beləcə ildən-ilə uşaq futbolu unudulacaq, yerli istedadları axtarıb tapmaq, onların qayğısına qalıb, futbolçu yetişdirmək heç kimə maraqlı olmayacaq. Necə ki, legioner limiti ləğv olunan kimi Qəbələdəki futbol akademiyasına maraq azaldı, akademiya faktiki əhəmiyyətini itirdi. “Qəbələ”nin rəhbərliyi özü də etiraf edir ki, yerli futbolçularla bağlı limit olmadığından onlar azərbaycanlı futbolçu transferindən pul qazanıb, akademiyanın xərclərini ödəyə bilməyəcəklər. Buna görə də akademiyanın fəaliyyətini minimuma endirməyə məcburdular.
Zərbə kimə dəyəcək? Təbii ki, milli komandalarımıza. Tezliklə Azərbaycanın milli komandalarında oynatmağa futbolçu tapa bilməyəcəyik. Onsuz da bu say elə də geniş deyil, məşqçilər daim məhdud seçim qarşısında qalır. Bir halda ki, ölkə kubokunun finalında meydana çıxacaq səviyyədə azərbaycanlı futbolçu tapılmır, millidə kim oynayacaq? Həmin o futbolçularla da Andorra, San Marino, Lixtenşteyn kimi rəqiblərə qalib gələ biləcəyik, böyük hədəflər yenə də bizim üçün əlçatmaz olacaq.
Legioner limitinin ləğvinin tərəfdarları iddia edirdilər ki, limit olmayandan sonra heyətə düşə bilməyənlər məcburiyyətdən legioner həyatı yaşamağa yollanacaqlar. Hanı həmin legionelər? Albaniyada çıxış edən Vüsal İsgəndərovun tezliklə “Şəfa”da peyda olacağı deyilir. “Kolumbus Kru”nun baş məşqçisi Henrik Ridström istefaya göndəriləndən sonra səksəkəyə düşmüşük. Qorxuruq ki, Amerikaya yenicə uyğunlaşmağa başlayan Nəriman Axundzadəni yeni baş məşqçi bəyənməyəcək və geri qaytaracaqlar. Mahir Emrelinin nə vaxtsa bundesliqada oynayacağına ümidlərimiz tükənib. “Kayzerslautern”də də özünü göstərə bilməyən həmyerlimizin, ümumiyyətlə, legioner kimi gələcəyi dumanlı görünür. Bolqarıstan klubu “Arda”da çıxış edən Cəlal Hüseynov mövsümün sonuna yaxın özünü göstərməyə başlayıb. Amma onun komandası da elə də iddialı deyil. Başqa kimimiz var? Varsa da, elə aşağı-yuxarı bu futbolçularla eyni səviyyədədi.
Bütün bu sadaladıqlarım AFFA-ya da, ölkə futbolunun gələcəyinə cavabdeh olan klublarımıza da düşünmək üçün xeyli mövzu verir. Hər dəfə deyirik, amma vecinə alan olmur. Bəlkə Rəşad Məcidin sualından sonra yenidən düşünəsiz? Adam düz deyir. Azərbaycanda futbolçu yetişmir, tezliklə azərbaycanlı futbolçu deyəndə tarix kitablarını vərəqləməli olacıq. Hərəkətə keçmək vaxtıdı. Onsuz da gecikirik, illərimiz və milyonlarımız boşa gedir. Yeni bir strategiya yazmağa başlamasız da, nələrisə dəyişməlisiz.
AMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri