Icma.az
close
up
RU
Aleksandr Razuvayev: Avropa Paşinyana siyasi və maliyyə dəstəyi verir, əvəzində isə... ŞƏRH

Aleksandr Razuvayev: Avropa Paşinyana siyasi və maliyyə dəstəyi verir, əvəzində isə... ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Tanınmış rusiyalı politoloq Aleksandr Razuvayev Ermənistanın gələcək geosiyasi vektorunun perspektivlərini “Moskva-Baku” portalına şərh edib. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

- Aleksandr Yuryeviç, Ermənistanın gələcək geosiyasi vektorunu necə görürsünüz? Bu günlərdə Ermənistanın baş naziri Paşinyan ekoloji konfransda iştirak etmək üçün Rusiyanın Altay Respublikasına səfər edib. Gələn il ölkədə keçiriləcək parlament seçkiləri də daxil olmaqla, Ermənistan son nəticədə hansı yolu seçəcək?

- Paşinyanın Altay səfəri ilk növbədə Ermənistanın gələn il BMT-nin COP17 konfransına ev sahibliyi etməsi ilə bağlıdır və MDB ölkələrini İrəvanda keçiriləcək konfransa dəvət etmək üçün Rusiyadakı sammitdə iştirak etmək onun üçün sərfəli idi. Fakt budur ki, indiki geosiyasi vəziyyəti nəzərə alsaq, Ermənistanın indiki baş naziri həm Qərblə, həm də Rusiya ilə yaxşı münasibətlər qurmaq istəyir. Onun taktikası bir qədər Qorbaçovun hərəkətlərini xatırladır... Qorbaçovun taktikasının ölkə üçün necə bitdiyini xatırlayırıq...

Mən inanıram ki, siyasətdə hamını razı salmaq olmaz. Ermənistanda tezliklə parlament seçkiləri keçiriləcək və burada Nikol Vovayeviçin taleyi yenidən həll olunacaq və o, rusiyayönlü, qərbyönlü və milli düşərgələrdən daha çox səs toplamaq istəyir. Xatırlayırıq ki, Paşinyan Ermənistanda hakimiyyətə gəlməzdən əvvəl həmişə Ermənistanın qərbyönlü gələcəyi mövqeyini səsləndirib. Əslində bu vəzifədə heç nə dəyişməyib. Və İrəvanın son vaxtlar fəal şəkildə Rusiyaya qarşı nümayiş etdirdiyi dostluq mövqeyi daha çox üstüörtülü hiylədir. İndiki baş nazir Rusiya ilə münasibətləri saxlamaqla özünü iqtisadi cəhətdən yenidən sığortalayır. Rusiya Federasiyası ilə iqtisadi əməkdaşlıq, Ermənistanın Aİİ-yə üzvlüyü respublika üçün iqtisadi cəhətdən çox faydalıdır.

Ermənistanda qarşıdan gələn seçkilərdə Paşinyanın növbəti qələbəsi çox yüksək ehtimaldır. Görünən odur ki, müxalifətin gündəmi, onun başında kimin olmasından asılı olmayaraq, əhalinin ürəyincə deyil.

Amma hesab edirəm ki, Paşinyanın eyni vaxtda bir neçə kresloda oturmaq siyasəti nə vaxtsa iflasa uğrayacaq. O, hələ də (hətta bunu inkar etsə belə) Qərbin dəstəyinə arxalanır. O, bu yaxınlarda Brüsselə səfər edib, burada Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Komissiyasının rəhbəri Antonio Koşta ilə görüşüb. Bu görüşlərdə Ermənistanda keçiriləcək seçkilərdə ona əlavə maliyyə və siyasi, həmçinin digər formalarda digər dəstək vəd edilib. Qərb vektoru, Qərbin maliyyələşməsi indiki baş nazirin səlahiyyətlərinin əsasını təşkil edir.

Paşinyan bu yaxınlarda bəyan etdi ki, onun fikrincə, Ermənistanın Aİ-yə daxil olması üçün 20 il vaxt lazımdır. Və bu cür ifadələr, təbii ki, Rusiya qarşısında da manipulyasiyadır: deyirlər ki, biz heç yerə tələsmirik və ümumiyyətlə reallıqlar var.

Təbii ki, Paşinyan Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. O, bunun üzərində oynayır və bütün səylərini buna cəmləyir. Çox güman ki, o, seçkilərdən sonra Konstitusiya ilə bağlı referendum keçirmək niyyətindədir ki, onun da bəndlərindən biri Avropa istəkləri olacaq. Amma o, yenə də bu məsələdə radikal şəkildə tələsməyəcək, bu, onun maraqlarına uyğun deyil. Ola bilsin ki, Aİ ondan Rusiyadan uzaqlaşmaq üçün konkret addımlar tələb etsin, amma Paşinyan diplomatik “təpik” atacaq.

Avropa İttifaqında Ermənistana xüsusi ehtiyac yoxdur. Tutaq ki, öz hərbi bazasını Rusiyaya, İrana qarşı yerləşdirə bilər. Fransa birlikləri Azərbaycana qarşı yerləşdirilib- bəli. Amma Ermənistan Aİ-də- yox bu mümkün deyil, Avropa Birliyinə bu lazım deyil.

Brüssel Paşinyandan Rusiyadan uzaqlaşmaq, KTMT-dən, Aİİ-dən çıxmaq üçün konkret addımlar tələb edəcək. Paşinyan da onu dartıb çıxaracaq. Aİ onu divara sıxsa, o, nəsə etməyə başlayacaq. Amma o, konkret təhlükəsizlik yastığı olmadan Rusiyaya qarşı kəskin addımlar atmaq istəməyəcək. Bu, onun maraqlarına uyğun deyil. Buna görə də hamıya hər şeyi vəd edir. Amma o, əbədi olaraq eyni vaxtda bir neçə stulda otura bilməyəcək.

Tərcümə - Elçin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri