Icma.az
close
up
RU
Aleksandr Razuvayev: İlham Əliyev ağıllı siyasətçi kimi hər şeyi hesablayır MÜSAHİBƏ

Aleksandr Razuvayev: İlham Əliyev ağıllı siyasətçi kimi hər şeyi hesablayır MÜSAHİBƏ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Tanınmış rusiyalı politoloq Aleksandr Razuvayev “Moskva-Baku” portalına müsahibəsində Nikol Paşinyanın Ermənistanın siyasi məkanını Qarabağ məsələsindən təmizləməsini və revanşist müxalifətin buna qarşı çıxmaq cəhdlərini şərh edib. Müsahibəni oxucularımıza tədqim edirik.

- Aleksandr Yuryeviç, Ermənistanın baş naziri bəyan etdi ki, Qarabağ hərəkatı daha mövcud ola bilməz. Bu fonda respublikada növbəti dəfə arxiyepiskop Baqrat Qalstanyan kimi müxalifətçilər meydana çıxıb, əhalini Paşinyana qarşı birləşməyə çağırıb, onu şər adlandırıb, mahiyyət etibarı ilə Qarabağ ideyasını təbliğ etməyə başlayıblar...

- Təbii ki, Baş nazirin işləyib hazırladığı “Real Ermənistan” konsepsiyası, Ermənistan Respublikasının digər dövlətlərə qarşı tarixi iddialarını rədd etməsi, tarixi problemlərə, o cümlədən radikal millətçi Qarabağ ideyasına diqqət yetirməkdən imtina etməsi– bu, ilk növbədə, Ermənistanın bir dövlət kimi gələcəyi üçün rasional və xeyirlidir. Dövlətin inkişafı, güclənməsi üçün iqtisadiyyatın inkişafı, qonşularla dost olması lazımdır. Qonşularla normal münasibətlər həm də Ermənistan iqtisadiyyatına investisiyaları nəzərdə tutur. Bu da əhalinin həyat səviyyəsinin yüksəlməsi deməkdir. Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistanın onilliklər ərzində yaşadığı kimi mühasirəyə alınmış qala formasında əbədi yaşamaq mümkün deyil. Ermənistan Respublikasında millətçi Qarabağ ideyası dövlət və xalq üçün yaxşı heç nəyə gətirib çıxarmadı, sadəcə yoxsulluğa, müharibəyə apardı.

Təəssüflər olsun ki, indi Ermənistanda bir çox insan “müharibədə uduzduq” sindromundan əziyyət çəkir. Amma Azərbaycan ərazilərinə iddialar və onların işğalı olmasaydı, Ermənistan bu illər ərzində qonşuları ilə yaxşı münasibətlər quraraq inkişaf edə bilərdi. Baş verənlər həm azərbaycanlılar, həm də ermənilər üçün vaxt itkisi və faciə idi. 2020-ci ildə Sergey Lavrov bəyan etmişdi ki, Ermənistan rəhbərliyi öz xalqına torpaqların qaytarılmalı olduğunu başa salmalıdır. Amma heç kim qulaq asmadı.

Ermənistanın Qarabağı yenidən işğal etməsi real deyil. Paşinyan bunu çox gözəl anlayır. Və əgər bəzi “qaynar” adamlar qisas almaq qərarına gəlsələr, bu, respublikanı dövlətçiliyin itirilməsi ilə hədələyir; dövlət sadəcə olaraq mövcudluğunu dayandıra bilər. Güc balansı müqayisəolunmaz olacaq.

Amma Ermənistanda müxalifət öz problemlərini həll etməyə çalışmaqla, əhalini emosional şəkildə qızışdırmaqla, millətçilik ideyaları ilə məşğul olmaqda davam edir.

- Paşinyan qonşularla münasibətləri yaxşılaşdırmaq niyyətində nə dərəcədə səmimidir?

- Onun sadəcə seçimi yoxdur. Ermənistanın baş naziri Paşinyan anlayır ki, o, ermənilərin həyatını yaxşılığa doğru dəyişə bilər, iqtisadiyyatın imkanlarını anlayır. Amma düşünmürəm ki, tarixi vəziyyət fərqli olsaydı, o, eyni şeyi edərdi. Amma siyasət mümkün olanın sənətidir.

Biz görürük ki, Paşinyan, prinsipcə, erməni siyasi meydanını Qarabağ separatçılarından “təmizləmək” yolunu seçib və ya ən azı, daha böyük ölçüdə buna cəhd edir. O, 2023-cü ilin sentyabrında Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən dərhal sonra Qarabağ gündəmini yığışdırmağa başladı. Eyni zamanda rəsmi İrəvan Ermənistana qaçan və Qarabağla bağlı bəzi şüarlarla çıxış etməyə çalışan separatçılara bəyan etdi ki, heç bir mitinq və çağırış olmamalıdır, çünki bu, Ermənistanın dövlətçiliyinə və onun təhlükəsizliyinə zərbə vurmaq cəhdi kimi yozulacaq. Prinsipcə, Paşinyan bu istiqamətdə vəziyyəti nəzarətdə saxlaya bilib və son illər müxalifətin təşkil etdiyi bütün mitinqlər boşa çıxıb.

Cənab Paşinyan erməni milləti üçün iki bəladan ən zəifidir. İndi isə məntiqlidir ki, onun növbəti addımı Azərbaycana qarşı ərazi iddialarını Ermənistan Konstitusiyasından çıxarmaq olmalıdır. Bundan sonra münasibətlərin normallaşması üçün açıq yoldan danışmaq mümkün olacaq və Ermənistan investisiya şəklində özü üçün bonuslar alacaq.

Və təbii ki, cənab Əliyev ağıllı siyasətçi kimi hər şeyi hesablayır, sülh müqaviləsinin hər bir təfərrüatı elə işlənir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində gələcəkdə Ermənistanın Azərbaycana ziyan vura biləcək nədənsə yapışmaq imkanı olmasın. Gələcək üçün potensial risklər təhlil edilir. Əslində Qarabağ məsələsi bağlıdır, lakin Bakı haqlı olaraq Ermənistanın gələcəkdə bu məsələyə qayıtmasının qarşısını almaq üçün qanuni müstəvidə hər yeri aydınlaşdırmaq niyyətindədir. İrəvan Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalamalı olacaq. Əks halda, Ermənistan üçün hər şey 2020-ci ildə olduğu kimi ola bilər, onu oradan qovub çıxardılar... Bəs bu nə ilə nəticələndi?

Bundan əlavə, təbii ki, heç nə regionu revanşistlərin, “Qarabağ klanı”nın tərəfdarlarının Ermənistanda hakimiyyətə gəlmək perspektivindən qoruya bilməz. Belə qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla Ermənistan arasında münasibətlərin kəskinləşməsi qaçılmazdır. Amma bu baş verməsəydi, daha yaxşı olardı. Çünki hər hansı bir ölkədə hakimiyyət millətçi olanda o ölkə üçün yaxşı heç nə ola bilməz. Ermənistan üçün isə belə ssenaridə yaxşı heç nə baş verə bilməz. Radikal millətçilər öz xalqlarının ən qatı düşmənləridir. Qarabağ ideyasının tərəfdarları hakimiyyətə qayıdarsa, Ermənistanın bu gün ermənilərin ağlına belə gətirə bilməyəcəyi çox ciddi problemlər yaranacaq. Yaxşı olardı ki, Ermənistandakı müxalifət və onu dəstəkləyənlərin hamısı reallığı etiraf etsinlər, xalqın sülh şəraitində yaşayıb inkişaf etməsinə şərait yaratsınlar.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri