Icma.az
close
up
RU
Aleksandr Razuvayev: Ermənistan başa düşür ki, onun Azərbaycanla sülh sazişindən başqa gedəcək yeri yoxdur MÜSAHİBƏ

Aleksandr Razuvayev: Ermənistan başa düşür ki, onun Azərbaycanla sülh sazişindən başqa gedəcək yeri yoxdur MÜSAHİBƏ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Politoloq Aleksandr Razuvayev “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın xarici və daxili siyasətin ən aktual məsələlərinə dair geniş mətbuat konfransında tezislərini təhlil edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksandr Yuryeviç,bu günlərdə Ermənistanın baş naziri böyük mətbuat konfransı keçirib, o, daxili və xarici siyasətin aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Azərbaycan, Türkiyə ilə sülh yolu ilə nizamlanma mövzusuna, kilsə ətrafındakı vəziyyətə, müxalifətə, Rusiya və Aİ ilə münasibətlərə, KTMT-də perspektivlərə böyük diqqət yetirilib. Paşinyanın cavablarını necə şərh edə bilərsiniz?

- Təbii ki, mətbuat konfransında gələn il ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistan hakimiyyətinin müxtəlif aktual məsələlərlə bağlı mövqeyi açıqlandı. Deyə bilərik ki, Paşinyanın suallara cavabları seçki kampaniyasının başlanğıcı və proqramının konturudur. Proqram açıq şəkildə bütün tarixi təməlin, o cümlədən Ermənistanın əvvəlki hakimiyyətinin dövlətin inkişafında və onun perspektivlərində, gələcəyində arxalandığı qonşularla münaqişələr məsələsinə yenidən baxılmasına əsaslanır. Paşinyan yanaşmanı kökündən dəyişir və deyir ki, “tarixi” Ermənistan “əsl” Ermənistanla əvəzlənib. O, əhaliyə təklif edir, siyasi texnologiya sxemləri çərçivəsində Ermənistanın tarixində yeni səhifə açmağı təklif edir. Və o, mətbuat konfransında öz əksini tapmış seçki proqramında qonşularla sülh xəritəsindən istifadə edir.

Paşinyanın artıq variantları yoxdur. Və məhz bu köklü yeni yanaşma- qonşularla düşmənçiliyi və onlara qarşı millətçi iddiaları davam etdirmək deyil, onlarla münasibətləri yaxşılaşdırmaq onun konsepsiyasına görə, Ermənistan əhalisinin firavan iqtisadi həyatını da yaxşılaşdırmalıdır və indiki baş naziri bir neçə ildir ölkənin siyasi arenasında fərqləndirir. Ermənistanın indiki baş naziri başa düşür ki, onun başqa variantı və gedəcək yeri olmadığı üçün Azərbaycanla sülh sazişinin imzalanması Ermənistana iqtisadi səmərə verə bilər və yeri gəlmişkən, bir iş çərçivəsində Avropa İttifaqına daxil olmaq şansını artıra bilər.

Paşinyan Ermənistanın siyasətini dəyişmək və onu Azərbaycanla, Türkiyə ilə barışığa yönəltmək qərarına gəlib, deyəsən, Azərbaycan və Türkiyə Ermənistanın düşmənləri olması haqda başqa cür düşünmək cəhdlərinin qarşısını alır.

İrəvan sülh sazişi imzalasa, Azərbaycanla münasibətləri normallaşdırsa, bu, Ermənistan üçün çox faydalı olacaq. Qonşuların dost olması lazımdır, bu, Ermənistan iqtisadiyyatına müsbət təsir edəcək.

Hazırkı baş nazirin mətbuat konfransında verdiyi açıqlamalar gələn il keçiriləcək parlament seçkiləri prizmasından səslənib. Deyə bilərik ki, Paşinyan artıq seçki kampaniyasına başlayıb.

Azərbaycan və Ermənistan liderləri arasında birbaşa dialoqun olması artıq yaxşıdır. Əbu-Dabi kimi çox saatlıq birbaşa görüşlərin olması çox mühüm irəliləyişdir. Və əminəm ki, gündəliyə Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılmasına yönəlmiş hərəkət daxildir.

Gördüyümüz kimi, Paşinyan yüksək səslə və konseptual bəyanat verdi: o, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi gec tanımasını səhv kimi qəbul edir. Əgər bu etiraf daha əvvəl olsaydı, bəlkə də Ermənistan özü üçün daha rahat şərtlərlə danışıqlar aparardı. Amma onlara dəfələrlə bu şərtlər təklif olunub. Və həmin Paşinyanın özü həllin belə deyil, fərqli şəraitdə olduğuna inanırdı.

İndi indiki baş nazir vəziyyəti dərk edib və ona yenidən baxıb, bununla bağlı Azərbaycana və dünyaya siqnal verir: biz Bakı ilə, Ankara ilə dost olmaq istəyirik.

- Ermənistan hökumətinin başçısı mətbuat konfransında bildirdi ki, Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq. Onun sözlərinə görə, bu o demək deyil ki, münasibətlər pis olacaqlar. O, həmçinin qeyd edib ki, Ermənistan blokda iştirakını dayandırmaqdansa, KTMT-dən çıxmağı üstün tutur. Bütün bunlara əlavə olaraq Ermənistanın 20 ildən sonra Avropa İttifaqına daxil olacağı bəyanatı da var...

- Deyə bilərik ki, Paşinyan Ermənistanın hansı istiqamətdə getdiyini bir daha nümayiş etdirdi. Bu, çox yavaş, lakin özlüyündə bir sondur.

Paşinyan bu siyasəti ilə erməni cəmiyyətini ona lazım olan istiqamətdə formalaşdırır, amma bunu xüsusi diqqətlə edir. İnsanlara hər gün eyni şey deyilirsə, buna öyrəşirlər.

Tərcümə - Elçin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri