Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq
Icma.az, Azertag saytına istinadən bildirir.
Belqrad, 21 iyun, AZƏRTAC
Serbiya Prezidenti Aleksandr Vuçiç bu ölkənin ordusunda böyük dəyişikliklərin olacağını elan edib.
AZƏRTAC xəbər verir ki, o, “Biz rəqəmsal ordu yaradırıq, Serbiya yenilməz olacaq“, - deyə bildirib.
Serbiya Prezidenti daha yaxşı ordunun yaradılması üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb: “Biz İsrail modelinə əsaslanan rəqəmsal ordu yaratmağa hazırlaşırıq. İnsanların bizdə olduğunu bilmədikləri çox məsələləri görəcəksiniz. Bu gün komandirlər döyüş meydanında hərbi vəziyyəti təhlil etməyə vaxt itirirlər. Mən hələ deyə bilmərəm. Çünki biz ölkəyə başqa bir texnologiya gətiririk. Ölkəmizə nə gətirəcəyimizi 5-dən çox adam bilmir”.
Aleksandr Vuçiç sentyabr ayında Serbiya genişmiqyaslı hərbi paradın keçiriləcəyini də deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 İyun 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















