Icma.az
close
up
RU
Aleksey ötürdü, “Sabah” “Zirə”ni 27 dəqiqədə bitirdi

Aleksey ötürdü, “Sabah” “Zirə”ni 27 dəqiqədə bitirdi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zirə - Sabah (Bakı) 1:3 (0:3)
13. Aydın Bayramov – 5,0
25. Enrike Kustodio – 5,0
4. Ruan Renato – 4,5
5. Ange Mutsinzi – 5,0
32. Qismət Alıyev (k) – 6,0
17. Ayron Qomis – 5,5
30. Rikardo Martins – 5,0
(10. Georgi Papunaşvili, 62) – 5,0
11. Junior Martins – 5,5
(7. Rövlan Muradov, 76) – 5,0
93. Brahim Konate – 4,5
(8. İsmayıl İbrahimli, 43) – 5,5
19. Rüfət Abdullazadə - 5,0
(77. Yeqor Boqomolski, 46) – 5,0
28. Leroy Mikels – 5,5
(9. Davit Volkov, 62) – 6,5
Ehtiyat oyunçular
41. Anar Nəzirov
31. Eldar Tərlanov
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
29. Ceyhun Nuriyev
26. Stefan Aka
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
92. Stas Pokatilov (k) – 5,5
27. Timoteuş Puxaç – 5,5
40. İqor Noqeyra – 5,5
3. Stiv Solvet – 5,5
80. Akim Zedadka – 5,5
(2. Amin Seydiyev, 82) – qiymətsiz
7. Umarali Raxmonaliyev – 6,0
13. İvan Lepinitsa – 6,5
19. Aaron Maluda – 6,0
(70. Cesse Sekidika, 73) – 5,5
46. Aleksey İsayev – 7,0
(6. Abdulla Xaybullayev, 82) – qiymətsiz
21. Velko Simiç – 6,5
(11. Kahim Parris, 90+1) – qiymətsiz
9. Xəyal Əliyev – 6,5
(83. Stefen Ende, 82) – qiymətsiz
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
72. Rustam Samiqullin
17. Tellur Mütəllimov
10. Anatoli Nuriyev
5. Rəhman Daşdəmirov
22. Zinedin Uld Xaled
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Aleksey İsayev
Qollar: V.Simiç, 9 (0:1, A.İsayev). İ.Lepinitsa, 22 (0:2, A.İsayev). X.Əliyev, 27 (0:3, A.İsayev). D.Volkov, 83 (1:3, Q.Alıyev).
Vərəqələr: Q.Alıyev, 70 (qeyri-idman hərəkəti). İ.Lepinitsa, 82 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
31 yanvar. Zirə. İdman Kompleksinin stadionu. 500 tamaşaçı (1200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Matç “Zirə”nin qonağı olan “Sabah” üçün xüsusi əhəmiyyət daşıyırdı.

İnamla çempionluq hədəfini gerçəkləşdirməyə yaxınlaşan Masazır təmsilçisi turu “Qarabağ”dan 7 xal öndə tamamlamaq imkanına malik idi ki, belə fürsəti əldən vermək olmazdı. Hər halda, Liverpuldan yorğun qayıdan “köhlən atlar”ın “Turan Tovuz”la matçda xal itirmək ehtimalı az deyildi. Düzdü, oyun Ağdam təmsilçisinin qələbəsiylə nəticələndi. Lakin “bayquşlar” Zirədə göstərdiyi performansla liderliyini israrla qorumaq niyyətində olduğunu nümayiş etdirə bildi. Özü də son 4 matçda qələbəyə həsrət qalan “qartallar”ı məğlub etmək çətin olmadı. Qonaqlar matçın taleyini elə ilk hissədə müəyyənləşdirdi.
Umaralinin Aydın üçün ciddi təhlükə yaratmayan zərbəsindən sonra növbəti hücumu həyata keçirən “bayquşlar” 9-cu dəqiqədə hesabı açdı. Burda Puxaçın cərimə meydançasınma göndərdiyi topu Aleksey Simiçin önünə atdısa, sonuncu tora qovuşdurdu. Ardınca meydan sahibləri təhlükəli vəziyyət yarada bilərdi. Lakin Qismətin “kürə”ni qapı önünə çatdırması Lepinitsanın müdaxiləsi sayəsində işə yaramadı. “Sabah”ın fərqi artırması üçün çox vaxt lazım gəlmədi. 22-ci dəqiqədə Alekseyin ötürməsini qəbul edən Lepinitsa Mutsinzi, Rikardo və Renatodan sıyrılaraq Aydını üzdü. “Zirə”nin müdafiə xəttində göz çıxaran boşluqlar görünürdü ki, Xəyal da bundan yararlandı. İş ondadı ki, bu dəfə də məhsuldar ötürmə müəllifi Aleksey oldu. Bəli, gənc hücumçu məhz təcrübəli orta sahə oyunçusunun yardımı, Ruanın müdaxilə üçün yubanması sayəsində fərqləndi.
Beləliklə, Masazır təmsilçisi artıq 27-ci dəqiqədə hesabı darmadağın həddinə çatdırdı. Bir qədər sonra “qartallar”dan təhlükəli hücum izləsək də, tablodakı rəqəmlər dəyişmədi. Ona görə ki, Mikels Qismətin cərimə meydançasına çatdırdığı topu qeyri-dəqiqlik üzündən tora qovuşdura bilmədi. Ardınca Konate komandasını məyus etdi. Renatonun ötürməsini qəbul edən fransalı başla fərqlənmək istəsə də, Mikelsin taleyini bölüşdü. 37-ci dəqiqədə “Sabah” 4-cü qolu vurmağa yaxın idi. Bunun üçün Umarali dəqiq oynamalıydı ki, özbəkistanlı imkanı qaçırdı. Birinci hissənin qalan vaxtında Maludayla Mikels də eyni səbəbdən fərqlənə bilməyincə başqa qol vurulmadı.
Gözlənildiyi kimi, ikinci yarı baxımlı olmadı. 46-cı dəqiqədə Zedadka bəxtini sınasa da, Renatonun başla müdaxiləsi qeydə alındı. Buraxılan qollardan azı birinin əvəzini çıxmağa çalışan “qartallar” buna Martinsin cərimə meydançasına ötürməsindən sonra Volkov sayəsində nail ola bilərdi. Ancaq Lepinitsa rəqibə şans tanımadı. “Zirə” istəyinə 83-cü dəqiqədə - Lepinitsanın Qismətə qarşı kobud oyunu üzündən təyin olunan cərimə zərbəsinin yerinə yetirildiyi anda çatdı. Daha doğrusu, Volkov Qismətin təxminən 20 metrdən qapı önünə göndərdiyi topu başla tora qovuşdurdurdu. Qalan vaxtda cəmi bir təhlükəli vəziyyətə şahidlik etdik ki, həmin fürsəti Aydınla bacarmayan Umarali puç etdi.
“Sabah” bu qələbə sayəsində liderliyini möhkəmlədə bildi. Ardıcıl beşinci oyunda qələbəyə həsrət qalan “Zirə” isə 5-ci sıraya endi.
Gözdən qaçmadı
// Rəşad Sadıqov “Sabah”ın ilk qolunun sayılmasına uzun müddət etiraz etdi. O, israrla epizodun əvvəlində Lepinitsanın əllə oynadığını iddia edirdi. Lakin videogörüntüdən də aydın oldu ki, “bayquşlar”ın futbolçusu qaydanı pozmayıb. Mütəxəssis həm də qonaq azarkeşlərdən biriylə söz davasına çıxdı. O, həmin tərəfdara “Sabah” azarkeşisənsə, baqa yerdə otur” dedi. Düzdü, azarkeş qonaqlar üçün ayrılan sektorda əyləşməmişdi. Lakin Rəşad bəyin belə kiçik məqamı qabartması birmənalı qarşılanmadı.
// Matçın “CBC Sport”da yayını zamanı pilot layihə həyata keçirildi. Beynəlxalq "İnSports" şirkəti ilə sınaq anlaşmasına əsasən oyunun əsas taktiki və statistik məqamları vizual şəkildə təqdim edildi.
// Zirəyə “Soldati di Sabah” fanklubunun 100-ə yaxın üzvü gəlmişdi. Əminliklə deyə bilərik ki, qonaqlar 90 dəqiqə ərzində rəqibin “Qartal” azarkeş qrupundan daha fəal oldu.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Fevral 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri