Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ölümdən sonra insanı nə gözləyir?

Ötən onilliklərin solmayan kinolentləri

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

“Sabah” “Zirə”ni darmadağın etdi

“Sabah” “Zirə”ni darmadağın etdi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabah (Bakı) – Zirə 3:0 (2:0)
92. Stas Pokatilov (k) – 6,0
27. Timoteuş Puxaç – 6,0
5. Rəhman Daşdəmirov – 5,5
3. Stiv Solvet – 6.0
80. Akim Zedadka – 6,0
(2. Amin Seydiyev, 82) – qiymətsiz
33. Umarali Raxmonaliyev – 6,5
(6. Abdulax Xaybulayev, 82) – qiymətsiz
13. İvan Lepinitsa – 5,5
19. Aron Maluda – 7,0
(10. Anatoli Nuriyev, 82) – qiymətsiz
21. Velko Simiç – 7,5
11. Kahim Parris – 6,0
(70. Cesse Sekidika, 76) – 5,0
88. Xəyal Əliyev – 6,5
(8. Ayaz Quliyev, 86) – qiymətsiz
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
72. Rustam Samiqullin
17. Tellur Mütəllimov
40. İqor Noqeyra
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Velko Simiç
97. Tyaqo Silva – 5,5
25. Enrike Kustodio – 5,0
4. Ruan Renato – 5,0
26. Stefan Aka – 5,0
32. Qismət Alıyev (k) – 6,0
(14. Elçin Əlicanov, 77) – qiymətsiz
21. Hacıağa Hacılı – 5,0
(6. Eldar Quliyev, 46) – 5,0
93. Brahim Konate – 5,5
(7. Rövlan Muradov, 72) – 5,0
11. Junior Martins -5,0
10. Giorgi Papunaşvili – 5,0
70. Namik Ələskərov – 5,0
(30. Rikardo Martins, 46) -5,0
77. Yeqor Boqomolski – 5,0
(28. Leroy Mikels, 61) – 5,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
41. Anar Nəzirov
16. Fuad Bayramov
48. Ramiz Muradov
43. Əhliman Süleymanzadə
5. Ange Mutsinzi
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Qismət Alıyev
Qollar: A.Maluda, 42 (1:0, U.Raxmonaliyev). V.Simiç, 45+2 (2:0, X.Əliyev). V.Simiç, 75 (3:0, A.Maluda).
Vərəqələr: J.Martins, 10 (qeyri-idman hərəkəti). A.Maluda, 15 (qeyri-idman hərəkəti). C.Sekidika, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİC CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
19 oktyabr. Bakı. “Bank Respublika Arena”. 971 tamaşaçı (8600 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Söhbət paytaxt derbisindən, hələ onu demirik ki, avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandaların duelindən gedirsə, gərginliyin son həddə çatacağını, hər mövqe, hər top üçün “qanın su yerinə axacağını” proqnozlaşdırmaqdan daha təbii nə ola bilər? Biz də Masazıra məhz bu düşüncələrlə yollanmışdıq. Ancaq axtardığımızı nə tribunalarda tapdıq, nə də meydanda. Yox-yox, məqsəd “Sabah”ın layiqli qələbəsinə kölgə salmaq deyil. İnsafən, “bayquşlar”ın hər iki hissədə inamlı oyun göstərdiyini və haqq etdiyi 3 xalı qazandığını bildirməliyik. Ancaq “Zirə” heç özünə oxşamadı. Rəşad Sadıqovun komandası əlisilahlı adamın qarşısına qılıncla çıxan döyüşçünü xatırlatdı.
Masazır təmsilçisi hələ 3-cü dəqiqədə Silvanı əllərini işə salmağa məcbur etdi. Portuqaliyalı Zedadkanın zərbəsini zərərsizləşdirməklə hesabın erkən açılmasına imkan vermədi. Qolkiper təhlükəni yenicə sovuşdurmuşdu ki, Xəyal qeyri-dəqiqlik üzündən komandasını üzdü. Növbəti hücumun müəllifi də “Sabah” oldu. Bu dəfə Parris fürsəti dəyərləndirə bilmədi: 24-cü dəqiqədə cərimə zərbəsini yerinə yetirən yamaykalı təxminən 20 metrdən tiri “nişan aldı”. Uzun müddət sakit məcrada davam edən matçda 42-ci dəqiqədə qol səsi eşidildi. Dəqiq desək, Lepinitsanın ötürməsini qəbul edən Umarali cərimə meydançasındakı Maludanı vaxtında gördü ki, sonuncu qüvvətli zərbəylə topu tora qovuşdurdu. Fərqi artırmaq üçün “Sabah”a çox vaxt lazım olmadı. Növbəti hücumu 45+2-ci dəqiqədə reallaşdırmağa müvəffəq olan “bayquşlar” Xəyalın ötürməsi, Simiçin başla zərbəsi sayəsində fasiləyə üstün yollandı.
İkinci yarının əvvəli “Zirə”nin bir sıra cəhdləriylə yadda qaldı. Qonaqların uduzmaq istəmədiyi görünürdüsə, həlledici məqamlarda yol verilən səhvlər onları tezliklə ruhdan saldı. “Qartallar” əvvəl Qismətin, ardından Papunaşvili və Konatenin uğursuz cəhdləri üzündən məyus oldu. Belədə “Sabah”ın hesabı darmadağın həddinə çatdırmasına şahidlik etdik. 75-ci dəqiqədə Simiç Maludanın uzaqdan göndərdiyi topu qəbul edər-etməz “çərçivə”ni nişan aldı. Bir qədər sonra Rövlanın növbəti cəhdi fayda vermədisə, 81-ci dəqiqədə Maluda dubl etmək imkanını qaçırdı. “Zirə”nin oyun ərzində ən təhlükəli hücumu 87-ci dəqiqədə qeydə alındı. Burda Rövlan fərqlənməyə yaxın idi ki, Pokatilov həlledici qurtarışla komandasının köməyinə çatdı.
Beləliklə, “Sabah” parlaq qələbəylə 4-cü pilləyə yüksəldi. “Zirə” isə adəti üzrə “payız sindrom”una yaxalanmağa yaxındı. Qələbə həsrtəti 3 matça çatan qəsəbə təmsilçisi ən qısa vaxtda toparlanmasa, hədəfindən uzaq düşəcək.
Gözdən qaçmadı
// “Soldati di Sabah” və “Qartallar” fanklubları tribunada idi. “Zirə” meydanda nə qədər sönük idisə, azarkeşləri də tribunada bir o qədər həvəssiz görünürdü.
// Rəşad Sadıqov fasilədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.
// “Sabah”ın futbolçuları qolları zədəli Pavoş Şafrankoya həsr etdi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see295

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see217

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see201

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see178

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see175

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see175

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see175

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see175

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see174

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see174

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see173

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see173

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see173

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see172

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see171

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see170

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see169

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see169

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see169

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri