Icma.az
close
up
RU
Alen Delonun vəsiyyəti olsa da, övladları mirasdan narazıdır

Alen Delonun vəsiyyəti olsa da, övladları mirasdan narazıdır

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərhum əfsanəvi fransız aktyor Alen Delonun ailəsində miras uğrunda mübarizə davam edir.

Axşam.az xəbər verir ki, mərhum aktyorun oğlu Alen-Fabien qardaşı Entoni və bacısı Anuşka, həmçinin icraçı Kristof Ayelanı A.Delonun imzaladığı ikinci vəsiyyətnaməsini ləğv etmək üçün məhkəməyə verib.

Alen-Fabien hesab edir ki, sənəd 2022-ci ildə, Alen Delonun artıq əsaslandırılmış qərarlar qəbul etmək qabiliyyətinə malik olmadığı vaxt imzalanıb.

"Le Monde" qəzetinin yazdığına görə, Alen-Fabien vəsiyyətnamənin yenilənmiş variantında atasının yaradıcılıq irsi üzərində müstəsna hüquqların son illərdə İsveçrədə aktyorla birlikdə yaşayan bacısı Annuşkaya verilməsindən narazıdır. O, 2015-ci ildən sənədin orijinal variantına qayıtmağı tələb edib. Həmin vəsiyyətnamədə Alen Delonun bütün əmlakı və aktivləri varislər arasında fərqli nisbətdə bölüşdürülüb: 50% bacıya, 25% isə oğulların hər birinə düşüb.

Bundan əlavə, o, Alen Delonun Cenevrədə klinikada müalicə aldığı dövrdə, 2023-cü ilin fevralında atasının adından Annuşka üçün tərtib edilmiş hədiyyə aktına etiraz etmək niyyətindədir.

Alen-Fabien atasının ölümündən bir il sonra məhkəməyə müraciət edib, çünki o, 2019-cu ildən etibarən tibbi məlumatlarına yalnız indi giriş əldə edib. Hesabata görə, aktyorun həmin vaxt artıq yaddaş, konsentrasiya və qavrayış problemləri var idi. Oğlu iddia edir ki, bu sənədlər əvvəllər onun bacısı Annuşka tərəfindən gizlədilib.

Bu iş üzrə ilk məhkəmə iclası 2026-cı il martın 9-da gözlənilir.

Qeyd edək ki, A.Delon 2024-cü il avqustun 18-də 88 yaşında vəfat edib.

Mərhum aktyor “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” kimi filmlərdəki obrazları ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri