“Burnumu iki dəfə sındırdı” Alen Delonun xanımı
Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
60 yaşlı, mərhum aktyor Alen Delonun keçmiş həyat yoldaşı Rozali van Bremen kitabında aktyoru məişət zorakılığında ittiham edib.
OLAY yazır ki, Van Bremen memuarlarında Delonun övladları Annuşka və Alen-Fabyenin gözü qarşısında onu döydüyünü, hətta bir gün ərzində iki dəfə burnunu sındırdığını danışıb. Onun sözlərinə görə, Delon qəzəb tutmalarından birində Duşidəki malikanələrinin mətbəxində ona zərbə endirib. Bir neçə saat sonra zorakılıq yenidən təkrarlanıb. Delon “Sənə burnunun sınmasının necə bir hiss olduğunu göstərəcəyəm. Həmişə ağlayırsan, indi ağrının nə olduğunu biləcəksən” deyərək onu yataq otağında çarpayının dəmir barmaqlıqlarına çırpıb.
O, həmçinin bir dəfə Delonun onunla rus ruleti oynamaq qərarına gəldiyini, tapançanı gicgahına dirəyərək dörd dəfə tətiyi çəkdiyini, lakin silahın barabanında patron olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 17 Noyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















