Ali Məclisdə Milli Məclisin nümayəndə heyəti ilə görüş olub
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fevralın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda “Xalq” qəzetinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttə uyğun olaraq gənclərlə iş və idman sahəsində əldə olunan nailiyyətlər, gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs olunub. Yaradılan şəraitdən istifadə edərək Azərbaycan gənclərinin ictimai-siyasi həyatda, mədəniyyət, sosial, humanitar sahələrdə fəal iştirak edərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsindən danışılıb.
Həmçinin görüş zamanı komitələr arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səbuhi HƏSƏNOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Fevral 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















