Icma.az
close
up
RU
Milli Məclisdə Meksika parlament nümayəndə heyəti ilə görüş olub

Milli Məclisdə Meksika parlament nümayəndə heyəti ilə görüş olub

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Noyabrın 20-də Milli Məclisin deputatı, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Meksika parlamentinin nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətində Meksika parlamentinin deputatları - MORENA Partiyasından Rosio Adriana Abreu Artinyano, Milli Hərəkət Partiyasından (PAN) Fidel Daniel Çimal Qarsiya, Əmək Partiyasından (PT) Mariya İsidra de la Luz Rivas, İnstitusional İnqilab Partiyasından (PRI) Erubiel Lorenso Alonso Ke, Meksika Yaşıl Ekologiya Partiyasından (PVEM) Xesus Martin Kuanalo Arauxo təmsil olunublar.
Newscenter.az xəbər verir ki, Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri Jalə Əliyeva qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edib. Məsafə etibarilə uzaq olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlğın inkişafının əhəmiyyətindən danışıb. O, cari ildə ölkəmizdə baş tutan Prezident və parlament seçkiləri barədə qonaqlara məlumat verib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən, antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpa edildiyindən bəhs edib. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı Meksika tərəfinin tutduğu ədalətli mövqeyi, Meksika parlamentində Xocalı soyqırımının tanınmasını yüksək dəyərləndirib.
Millət vəkili ötən il Milli Məclisin nümayəndə heyətinin Meksikaya səfərini, keçirilən görüşləri xatırlayaraq, qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.
Azərbaycanla Meksika arasında dostluq əlaqəlindən bəhs edən Jalə Əliyeva Meksika nümayəndə heyətinin Azərbaycanın evsahibliyi ilə keçirilən COP29 konfransında iştirakını yüksək dəyərləndirib. Tədbirin iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində, o cümlədən ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsinin təşviqi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.
Milli Məclisin deputatları Elşən Musayev və Kamran Bayramov iki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolu, habelə dostluq qrupları arasında əlaqələrin genişləndirilməsi, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişafı barədə söhbət açıblar.
Görüşdə çıxış edən Meksika nümayəndə heyətinin üzvləri səmimi söhbətə və qonaqpərvərliyə görə minnətdarlıq ediblər. Belə görüşlərin ikitərəfli münasibətlərin gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Hər iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, dostluq qruplarının əməkdaşlığı, qanunvericiliklə bağlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüblər. Qonaqlar dünya miqyasında böyük əhəmiyyətə malik COP29 konfransının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar. Konfransda müzakirə olunan mövzuların aktuallığını qeyd ediblər.
Söhbət zamanı Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabayero, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək, ölkələrimiz arasında münasibətlərin inkişafı, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar barədə fikirlərini açıqlayıblar.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri