Ali Məclisin cari ilin payız sessiyasında ilk iclası keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının ilk plenar iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi və cari məsələlər daxil edilib.
Gündəlik təsdiq olunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
Sonra iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton səfəri, Dövlət Suverenliyi Günü və 27 Sentyabr – Anım Gününün 5 illiyi ilə bağlı Ali Məclis sədrinin müavini Arzu Abdullayev, İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev və deputat Təbriz Zeynalov çıxış ediblər.
Bununla da Ali Məclisin payız sessiyasının ilk plenar iclası başa çatıb.
Baxış sayı:75
Bu xəbər 30 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















