Icma.az
close
up
RU
Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib AZƏRTAC

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin payız sessiyasının dördüncü iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələnin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsinin müzakirəsi olduğunu deyib.

Gündəlik təsdiq olunduqdan sonra məsələ ilə əlaqədar Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli məlumat verib. Ali Məclis sədrinin birinci müavini “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununa müvafiq olaraq Mərkəzi Seçki Komissiyası üzvlərinin Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifinə əsasən Ali Məclis tərəfindən 5 il müddətinə seçildiyini qeyd edib. O, Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədləri - Bağırov Orxan Rza oğlunu, Əliyev Asim Yediyar oğlunu, Heydərli Elşən Sadıq oğlunu, Həsənli Çingiz Namizəd oğlunu, Orucəliyev Ramil Əli oğlunu, Rüstəmova Məlahət Oruc qızını və Yaqubov Nicat Əsgər oğlunu təklif edib. Gündəlikdə duran məsələ ilə əlaqədar Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev çıxış edib, təklif olunan namizədlərin fəaliyyətini yüksək qiymətləndirib. Müzakirə olunan məsələ ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul olunub.

Mərkəzi Seçki Komissiyasının üzvü Ramil Orucəliyev komissiyyanın yeni tərkibinə etimad göstərdiklərinə görə Ali Məclisin bütün üzvlərinə minnətdarlığını bildirib, komissiyanın bundan sonrakı fəaliyyətində də seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün lazımi addımları atacağını diqqətə çatdırıb.

Bununla da iclas başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see140

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see137

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri