Icma.az
close
up
RU
Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir

Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 aprel, AZƏRTAC

Ali Məhkəmənin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmədən AZƏRTAC-a verilən məlumata görə, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır. Həmin mənzil iddiaçının həyat yoldaşına verilmiş, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb edib, hətta mənzil növbəsinə də qəbul olunub. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.

Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.

Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər. Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

Məhkəmə qeyd edib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda, digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.

Nəticə etibarilə cavabdehin kassasiya şikayəti təmin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri