Icma.az
close
up
RU
Mənzil mübahisələri belə həll olunmalıdır Ali Məhkəmə

Mənzil mübahisələri belə həll olunmalıdır Ali Məhkəmə

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmənin İnzibati kollegiyası yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Globalinfo.az-a məhkəmədən məlumat verilib.

Bildirilib ki, iddiaçılar Abşeron rayonu Novxanı kəndində yerləşən bağ evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, lakin inzibati orqan bu hüququn qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək müraciəti təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək istifadə hüququnun reyestrdə qeydiyyata alınmalı olduğunu qeyd etsə də, apellyasiya instansiya məhkəməsi mübahisəyə fərqli mövqedən yanaşmış, iddiaçıların istifadə hüququnun ailə münasibətlərindən yarandığını və bu səbəbdən qeydiyyata alınmalı olmayan hüquq olduğunu əsas gətirərək dövlət reyestrində qeydiyyatı zəruri hesab etməyib.

Ali Məhkəmə isə mübahisəyə fərqli hüquqi yanaşma tətbiq edərək vurğulamışdır ki, mülkiyyət hüququ mütləq deyil və onun həyata keçirilməsi digər şəxslərin hüquq və maraqları ilə ədalətli və ağlabatan tarazlıq əsasında təmin olunmalıdır. Bu baxımdan yaşayış sahəsindən istifadə hüququnun qiymətləndirilməsi zamanı yalnız onun yaranma əsası deyil, həm də hüquqi mahiyyəti və daşıdığı funksiya nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ olub servitut xarakteri daşıyır.

Ali Məhkəmə izah edib ki, Mülki Məcəllənin 228.5-ci maddəsi əsasında yaranan istifadə hüququnun digər servitut növlərindən əsas fərqi onun yaranma formasındadır, lakin bu, hüququn mahiyyətini dəyişmir. Belə hüquq şəxsi servitut kimi çıxış edir və konkret şəxsin yaşayış ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu hüquq özgəninkiləşdirilə bilməz, vərəsəlik qaydasında keçmir, lakin hüquq sahibinə yaşayış sahəsindən istifadə etmək və bu hüququnun pozulmasının aradan qaldırılmasını tələb etmək imkanı verir.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, bu cür hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüquq sahiblərinin hüquqlarının daha etibarlı qorunmasına, eyni zamanda əmlak üzərində mövcud yüklülüklər barədə üçüncü şəxslərin məlumatlandırılmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir. Bu baxımdan, inzibati orqanın qeydiyyatdan imtinası qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd qiymətləndirilib.

Yekunda Ali Məhkəmə iddiaçıların kassasiya şikayətini təmin etmiş, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək iddiaçılar bağ sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri