Icma.az
close
up
RU
Ali Məhkəmə hüquqşünas və ekspertlərə müraciət etdi

Ali Məhkəmə hüquqşünas və ekspertlərə müraciət etdi

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 10 iyun tarixində keçirilməsi planlaşdırılır.

"Unikal" xəbər verir ki, iclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

Müzakirənin məqsədi:

Məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması məqsədi ilə aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi.

Mövzu üzrə müzakirəyə təqdim edilən suallar:

1.    Qanunla qorunan qeyri-maddi nemətlərlə (həyat, sağlamlıq, bədən toxunulmazlığı, şəxsiyyət, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuz, fikir, söz və vicdan azadlığı, ad, şəxsi və ailə sirri və s.) yanaşı, qanunla qorunmayan qeyri-maddi nemətlərin də (dostluq, sevgi, etibar, güvən, vicdan rahatlığı, diqqət, xatirələr, adət, ənənə və s. kimi əxlaqi və sosial dəyərlər) məhkəmə müdafiəsinin, habelə, onlara müdaxilə halında mənəvi zərərin ödənilməsinin mümkünlüyü;
2.    Fiziki şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənəvi və (və ya) fiziki bütövlüyünü zədələyən sarsıntı və (və ya) iztirabların xüsusiyyətləri; yaranmış mənəvi zərərin həcminin müəyyən edilməsi meyarları;
3.    Əmlak hüquqlarının və ya müqavilə öhdəliklərinin pozulması mənəvi zərərin yaranma əsası kimi; əsasların mövcudluğu halında, müqavilədən irəli gələn öhdəliklərin pozulması nəticəsində yaranan mənəvi zərərin ödənilməsi tələblərinin maddi hüquqi əsası;
4.    Mənəvi zərərin ödənilməsi tələblərində prezumpsiya və sübutetmə; qanuni və faktiki prezumpsiyanın xüsusiyyətləri;
5.    Mənəvi zərərin ödənilməsində təqsirsiz məsuliyyətin növləri: zərər vurmayan şəxsin və zərərvuranın (obyektiv surətdə hüquqazidd əməl üçün) təqsirsiz məsuliyyətinin Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələri baxımından fərqləndirilməsi;
6.    Mənəvi zərərin əvəzinin ödənilməsində hüquqi varislik;
7.    Mənəvi zərərin, habelə, işgüzar nüfuzun ləkələnməsinə görə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələblərində iddia müddəti;
8.    Mülki-prosessual qanunvericilik baxımından, mənəvi zərərin ödənilməsi tələblərinin qiymətləndirilən və ya qiymətləndirilməyən iddialara aidiyyəti;
9.    Şərəf, ləyaqət, işgüzar nüfuzu ləkələyən, habelə, şəxsi toxunulmazlıq hüququna müdaxilə edən məlumatların, habelə ifadələrin audiovizual, onlayn media və digər kanallar vasitəsilə canlı yayımda yayılmasına görə media subyektlərinin məsuliyyəti;
10.    İşgüzar nüfuza vurulmuş zərərin ödənilməsini istisna edən qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələrin xüsusiyyətləri;
11.    Mənəvi zərərin ödənilməsi üsulu qismində zərərvuranın üzərinə şifahi və yazılı formada üzr istəmə vəzifəsinin qoyulmasının onun fikir azadlığı, şəxsi toxunulmazlıq və insan ləyaqətinin müdafiəsi hüquqlarının mütənasibliyi baxımından yolverilənliyi;
12.    İnzibati orqanların, onların vəzifəli şəxslərinin vurduqları mənəvi zərərin ödənilməsinin, habelə, mənəvi zərərin vurulmasına əsas olan hüquqazidd əməllərin xüsusiyyətləri;

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə hüquqşünaslar, psixoloqlar və media sahəsində ixtisaslaşmış ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən ekpertlərin 10 iyun tarixədək [email protected] elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Həmçinin mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə edilir.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri