Icma.az
close
up
RU
Ali Məhkəmə hüquqşünaslara müraciət etdi

Ali Məhkəmə hüquqşünaslara müraciət etdi

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 18 sentyabr tarixində keçirilməsi planlaşdırılır.

Milli.Az e-huquq.az-a istinadən xəbər verir ki, iclasda "Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi" mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

Müzakirənin məqsədi:

Podrat müqavilələri ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi.

Mövzu üzrə müzakirəyə təqdim edilən suallar:

1. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunan podrat işləri üzrə şifahi formada və ya həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilələr etibarlı əqd kimi qiymətləndirilə bilərmi?

2. Sifarişçi müqavilədə nəzərdə tutulmayan və onun tərəfindən yerinə yetirilməsi tələb edilməyən əlavə işlərin dəyərini ödəməkdən imtina edir, bununla belə Mülki Məcəllənin 753.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etmirsə, həmin işlərin dəyəri ödənilməlidirmi?

3. Mülki Məcəllənin 776-cı maddəsində icranın qüsuru barəsində tələblər üzrə iddia müddətinin axımının başlanması işin qəbul edildiyi günlə müəyyən edilmişdir. İşin qəbul edilməsi zamanı sifarişçi tərəfindən aşkar edilməsi çətin, bəzi hallarda isə qeyri-mümkün olan qüsurların (gizli qüsurların) mövcud olması hallarında da iddia müddətinin axımının başlanması işin qəbul edildiyi günlə müəyyən edilməlidir?

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə hüquqşünaslar ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən ekpertlərin 15 sentyabr tarixədək [email protected] elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Həmçinin mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə edilir.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri