Icma.az
close
up
RU
Ali Məhkəmə qərar qəbul edib

Ali Məhkəmə qərar qəbul edib

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. SİA-nın məlumatına görə, işin hallarına görə, şəxslər meşə fonduna daxil olmayan Qusar rayonu Quxur-oba kəndində ağacları qanunsuz kəsərək, cəmi 1830 manat təşkil edən təbiətə xeyli miqdarda ziyan vurublar.

Birinci instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 259.1-ci maddəsinə tövsif edilib, CM-in 32.5, 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.

Apellyasiya instansiya məhkəməsinin qərarına əsasən apellyasiya protesti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi:

Məhkəmə qərarı ilə hazırkı cinayət işində məhkumların əməlində əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi əlamətinin, eyni zamanda, bunun davamı olaraq birgə icraçılığın olub-olmaması məsələsinə aydınlıq gətirilib.

Aşağı instansiya məhkəmələri həm qabaqcadan əlbir olan bir qrup şəxsin, həm də birgə icraçılığın mahiyyətini qəbul etdikləri məhkəmə qərarlarında düzgün şərh etməmiş, Konstitusiya Məhkəməsinin qərarına düzgün istinad etməmiş, nəticədə məhkumların əməlinin tövsifində yanlışlığa yol veriblər. Belə ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Buna görə də cinayətdə icraçılıq fəaliyyəti həm də Cinayət Qanununun Xüsusi hissəsinin dispozisiyasında göstərilən əməli tam, yaxud da qismən icra edən, habelə cinayətin törədilməsi prosesində icraçıya bilavasitə kömək edən şəxslər də cinayətin icraçıları sayılırlar.

Sübutlardan da görünür ki, hər iki məhkum cinayət hadisəsi baş verməmişdən öncə bir yerdə olmuş, hər iki şəxs qanunsuz ağac kəsmək üçün getdiklərini bilmiş, zaman və məkan baxımından bir yerdə olmuşlar. Qərarda cinayətin obyektiv cəhətinin xüsusiyyətləri açıqlanmış, onun fakültativ və zəruri əlamətləri göstərilmişdir.

İşin hallarından göründüyü kimi, ağaclar motorla işləyən mişarla kəsilmişdir. Həmin mişar da ağacın kəsilməsi anında yalnız bir şəxs tərəfindən istifadə oluna bilər. Yəni iki şəxsin eyni zamanda mişardan istifadə etməsi fiziki cəhətdən mümkün deyil. Eyni zamanda həm istintaq orqanının, həm də məhkəmələrin müəyyən etdiyi işin hallarından da görünür ki, hər iki məhkum ağacların kəsilməsi ilə bağlı qabaqcadan razılığa gəlib, mişarı da birlikdə özləri ilə daşımaqla birlikdə hadisə yerinə gətirib və hazırki ağac kəsmədən ibarət cinayət hadisəsi törədilib.

İşin faktiki hallarından da göründüyü kimi, hər iki şəxsin niyyətinin, məqsədinin ağac kəsmə olmasına baxmayaraq, yalnız məhkum X1 ağacları mişarla kəsməsi, digər məhkum X2-in isə ağacları daşıması əsasında rolların icraçı və köməkçi kimi qiymətləndirirək birgə icraçılığı istisna etmək, iştirakçılığın məram və məqsədinə zidd olub. Aşağı instansiya məhkəmələrinin məhkumların əməlinin tövsifində yanlışlığa yol verməsinin əsas səbəbi “qabaqcadan əlbir olan bir qrup şəxs” analayışı ilə “icraçı” və “köməkçi” anlayışlarını eyniləşdirmək, eyni zamanda, cinayətin köməkçisinin də qabaqcadan əlbir olan bir qrupun üzvü olmasının mümkünlüyünü nəzərə almaması ilə bağlı olub.

Belə ki, məhkumların cinayət əməli törədərkən rollarının təşkilatçı, təhrikçi, icraçı və köməkçi kimi fərdiləşdirilməsi cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməsinə maneə olan hal deyildir. Yəni iki şəxs cinayət əməli törədərkən biri icraçı, digəri isə köməkçi olduqda da həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi törədilməsi mümkündür. Qabacadan əlbir olan bir qrup halında birləşərək zaman və məkan baxımından eyni vaxtda, eyni yerdə olan şəxslərin vahid niyyətlə, rolları dəyişməklə cinayət əməlinin obyektiv cəhətini (hazırki halda ağac kəsmə) icra etməsi, əməli qabaqcadan əlbir olan bir qrup halından çıxarmaz və iki subyektən birini icraçı, digərini isə köməkçi kimi qəbul etmək olmaz.

Qeyd edilməsi zəruridir ki, CM-in 259.1-ci maddəsinin obyektiv cəhəti “qanunsuz ağac kəsmə (götürmə)” olmasına baxmayaraq, burada cinayət əməlinin icraçısı yalnız bilavasitə ağacı kəsən deyil, həmçinin hər bir işin hallarından asılı olaraq kənarda dayanaraq hadisə yerinə gələn şəxslər barədə qrupun digər üzvlərinə məlumat verən, qrupun digər üzvünü (üzvlərini) sığortalayan, əli ilə və ya iplə, başqa alətlə ağacın kəsilməsini asanlaşdıran, ağacın lazım olan istiqamətə aşmasına yardımçı olan, kəsilmiş və ya doğranmış ağacları kəsildiyi yerdən başqa yerə daşıyıb aparan şəxsdə icraçı hesab olunmalıdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarına əsasən, kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri