Icma.az
close
up
RU
Ali Məhkəmə qərar QƏBUL EDİB

Ali Məhkəmə qərar QƏBUL EDİB

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Resbulikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmədən bildirilib.

Qərar ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edir.

İddiaçının əri 31.08.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb, cavabdeh hüquqi şəxsin əməkdaşı hadisədə təqsirli bilinərək məhkum edilib. Mərhumun himayəsində iddiaçı ilə nikahından doğulmuş yetkinlik yaşına çatmamış övladları olmuşdur. 10.04.2017-ci il tarixdə iddiaçıya 10.04.2022-ci il tarixədək ikinci dərəcə ilkin əlillik təyinatı aparılıb. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141.000 manat məbləğində pulun tutulmasını xahiş edib.

Məhkəmələr iddianın əsaslılığını yoxlamış və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilib. Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1121-ci maddəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi, o cümlədən bu hüququn yaranma və xitam olunma əsasları nəzərdə tutulub. Bu əsasla iddia irəli sürüldükdə ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır:

"Arvadın ölmüş ərin himayəsində olan şəxs hesab edilməsi ilə bağlı hüquqi qiymətləndirmə Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin normada ərin (arvadın) bir-birinə maddi cəhətdən kömək etməli olduqları müəyyən edilsə də, yalnız 84.2-ci maddədə qeyd edilmiş əsaslar olduqda (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad) birinin digərindən aliment tələb etmək hüququ nəzərdə tutulub.

Nəzərə alınmalıdır ki, sadəcə, nikahda olma faktı və əmək qabiliyyətli arvadın (ərin) Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar və digər üzrlü səbəblər olmadığı halda işləməyərək ərinin (arvadının) gəliri hesabına yaşaması MM-in 1121-ci maddəsinin tələbləri baxımından həmin şəxsin ölən ailə başçısının himayəsində olmuş şəxs kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.

Mübahisələndirilən məhkəmə qətnaməsindən görünür ki, məhkəmə iddianın əsaslı olub-olmadığını MM-in 1121.1.3-cü (ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi) maddənin tələbləri baxımından yoxlamayıb, həmin normadakı əsasların mövcud olub-olmadığı araşdırılmayıb. Həmin normaya əsasən ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən arvad (ər) əmək qabiliyyətindən asılı olmayaraq bu normaya əsasən ailə başçısının ölümünə görə zərər tələb edə bilər. 1121.3.5-ci maddəyə əsasən bu halda zərər ölənin himayəsində olmuş uşaqları on dörd yaşına çatanadək hesablanmalı və tutulmalıdır. 1121.2-ci maddə isə bu normaya əsasən zərərin əvəzinin ödənilməsini həmin şəxslərə qulluq qurtardıqdan sonra da tələb etmək hüququ verir.

Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olub-olmadığı tərəflərlə müzakirə edilməlidir".

Ali Məhkəmənin Mülki kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri