Icma.az
close
up
RU
Ali Məhkəmənin yeni tikililərlə bağlı verdiyi qərar: Əhali bundan xəbərsizdir

Ali Məhkəmənin yeni tikililərlə bağlı verdiyi qərar: Əhali bundan xəbərsizdir

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq olunması qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Məlumata əsasən, məhkəmə mübahisəsi cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında bağlanmış xidmət müqavilələrindən irəli gəlib.

Həmin müqavilələrə görə, MMC binanın idarə olunması, istismarı və sakinlərə kommunal xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb. Sakinlərdən bir neçəsi xidmət haqqını ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv olunmasının qadağan edilməsi barədə iddia qaldırıb. Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Beləliklə, Ali Məhkəmə liftdən istifadənin fundamental bir hüquq olduğunu təsdiqləyib və bunun yalnız kollektiv razılıq və ya müqavilə ilə məhdudlaşdırıla biləcəyini açıq şəkildə bəyan edib. Yeni tikililərdə yığım məsələsi aktual problemlərdəndir. Sakinlərin bir qismi xidmət haqlarının ödənilməsindən yayınır, üstəlik onlara qarşı təzyiq metodları da yoxdur. Bəs yeni tikililərin bu problemi necə həll olmalıdır?

“İdarəedici təşkilatlar çıxılmaz vəziyyətdədir”

Əmlak eksperti Firdovsi Xəlilov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bu, çox ağrılı və ciddi problemlərdən biridir: “Təəssüf ki, müvafiq dövlət orqanlarının bu məsələlərin həllində nəinki maraqlı olduqları görünmür, hətta bu barədə düşünmədikləri belə hiss olunur. Gəlin, problemin miqyasını daha aydın göstərmək üçün konkret bir misalla yanaşaq. Tutaq ki, 12 mərtəbəli bir binamız var. Hər mərtəbədə bir blokda dörd mənzil yerləşir və hər biri 80 kvadratmetrdir. Bu zaman ümumilikdə 3840 kvadratmetr yaşayış sahəsi əldə edirik. Əgər kvadratmetrə görə aylıq ödəniş 40 qəpikdir və bu binada yaşayan sakinlər vaxtında ödəniş edir, bu halda ideal yığım cəmi 1536 manat təşkil edir. Binada dörd blok varsa, ən azı iki nəfər təmizlikçi çalışmalıdır. Onların maaşı və DSMF ödənişləri ilə birlikdə bu, təxminən 1000 manata yaxın edir. Üstəlik, bir komendantın maaşı da təxminən 800 manatdır. Liftlər elektrik enerjisi ilə işləyir, nasazlıqlar istisna olunmur. Binada su təzyiqli gəlməsi üçün çənlər, nasoslar istifadə olunur ki, bu da əlavə elektrik xərcləridir. Beləliklə, hətta bütün sakinlər ödəniş etsə belə, toplanan məbləğ bəzən sadəcə minimal xərcləri qarşılayır. Əksər hallarda ödənişlər ya gecikir, ya da ümumiyyətlə həyata keçirilmir. Bu isə idarəedici təşkilatları çıxılmaz vəziyyətdə qoyur”.

“Cərimələr tətbiq edilməlidir”

Problemdən çıxış yoluna gəldikdə isə, əmlak eksperti bildirir ki, məbləğlərin ödənilməsi məcburi olmalı, cərimələr tətbiq edilməlidir: “Qiymətləndirmə institutlarının iştirakı ilə rəsmi mexanizm yaradılmalıdır. Məsələn, Qiymətləndiricilər Assosiasiyasının ekspertləri konkret bina üzrə blokların amortizasiya və aylıq xidmət xərclərini hesablayaraq vahid ödəniş modeli təklif edə bilərlər. Bu model Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənərsə, həmin məbləğlər rəsmi şəkildə tətbiq olunmalı və ödənilməsi məcburi olmalıdır. Burada məsələ yalnız vətəndaşların məsuliyyətsizliyində deyil, eyni zamanda idarəedicilərin də şəffaf və effektiv işləməməsindədir. Yəni necə ki, dövlət qurumlarına ödənişlər (vergi, elektrik, su, cərimə və s.) gecikdirildikdə vətəndaş dəbbə pulu və əlavə məsuliyyət daşıyır, eyni qayda bu sahəyə də şamil olunmalıdır. Ödənişdən yayınanlara qarşı hüquqi tədbir görülməsi üçün qanuni əsas yaradılmalı, idarəedicilər də öz növbəsində keyfiyyətli və şəffaf xidmətə görə məsuliyyət daşımalıdırlar. Təcrübədə sakinlərin öz aralarında qurduğu idarəetmələr də uğursuz nəticələnir. Xərclər çox yüksəkdir. Məsələn, liftin bir platasının dəyişdirilməsi 1000-1500 manat, elektrik sistemlərinin saxlanması, təmizlik, lampaların dəyişdirilməsi və digər xərclər ayda ciddi vəsait tələb edir”.

“Vətəndaş narazı olduğu üçün xidməthaqqını ödəmir”

İnşaat eksperti Elnur Azadov isə deyir ki, əksər hallarda vətəndaş narazı olduğu üçün xidməthaqqını ödəmir: “Ədalətli yanaşma ilə baxdıqda, aydın olur ki, sakinlərin xidmət haqqı ödəməməsinin səbəbləri sadəcə məsuliyyətsizlik deyil. Əksinə, bu narazılığın kökündə idarəetmədəki özbaşınalıq, xüsusilə komendant rüsumları və xidmətlərin qeyri-şəffaf təqdimatı dayanır. Ölkədə çoxmənzilli binaların böyük əksəriyyətində bu cür idarəetmə özbaşınalığı müşahidə olunur. Vətəndaşların əksəriyyəti yalnız idarəetmədən məmnun olduqları halda ödəniş edirlər. Amma xidmətlər qeyri-peşəkar şəkildə həyata keçirilirsə, xidməthaqqından imtina edirlər”.

“Əhalinin böyük bir qismi bu mexanizmdən xəbərsizdir”

Həmsöhbətimiz bildirir ki, hazırda əhalinin təxminən, 10 faizə yaxını çoxmənzilli binalarda xidməthaqları ilə bağlı ciddi problemlərlə üzləşir. Mütəxəssis düşünür ki, problemin həll yolu ictimai maarifləndirmədən keçir: “Yaşayış komplekslərində mülkiyyətçilər tərəfindən mütləq qaydada müştərək cəmiyyətlər yaradılmalıdır. Bu cəmiyyətlər üç idarəetmə formasından birini seçməklə öz binalarını qanuni və şəffaf şəkildə idarə edə bilərlər. Təəssüflər olsun ki, əhalinin böyük bir qismi bu mexanizmdən xəbərsizdir. Bəziləri elə düşünür ki, bir dəfə seçilən sədr artıq daimi və dəyişməz şəxsdir. Halbuki qanunla istənilən vaxt ümumi yığıncaq çağırmaq, sədrdən hesabat tələb etmək və ya onu dəyişdirmək mümkündür. Bu sahədə real dəyişiklik üçün texnoloji yanaşmaya ehtiyac var. Ölkədə vahid rəqəmsal platforma yaradılmalı, burada dövlət nəzarət mexanizmi tətbiq edilməlidir. Vətəndaşlar ASAN Xidmət və ya rəqəmsal imza vasitəsilə həmin platformaya daxil olaraq öz binaları ilə bağlı səsvermə hüququ əldə etməlidirlər. Bu platforma çoxmənzilli binaların idarə olunmasında şəffaflığı və hesabatlılığı təmin etməklə yanaşı, idarəedicilər və sakinlər arasında qarşılıqlı etimadı da gücləndirəcək”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri