Ali Məhkəmənin hakimi yeni kitab yazdı
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, kitab mülki hüququn əsas institutlarından biri olan sahibliyin nəzəri və praktiki məsələlərinin kompleks tədqiqinə həsr edilib.
Nəşrdə sahiblik mülkiyyət hüququndan fərqli və müstəqil hüquqi əhəmiyyət daşıyan institut kimi araşdırılıb, onun müasir mülki hüquqda yeri və əhəmiyyəti, sahibliyin mahiyyəti, funksiyaları və növləri, əldə olunması, verilməsi və itirilməsi, müdafiəsi, sahiblik prezumpsiyaları, eləcə də sahibin hüquq və öhdəlikləri geniş təhlil olunub.
Tədqiqat Azərbaycan Respublikasının mülki qanunvericiliyi və məhkəmə təcrübəsi əsasında aparılıb. Müəllif ayrı-ayrı hüquqi məsələlərin araşdırılması zamanı Roma hüququna, hüquq doktrinasına və xarici ölkələrin hüquqi təcrübəsinə də müraciət edib.
Kitabda mövcud qanunvericiliyin mübahisəli və natamam məqamları nəzərdən keçirilib, onların təfsiri və təkmilləşdirilməsi ilə bağlı müəllifin hüquqi mövqeləri irəli sürülüb.
Dərs vəsaitinin rəyçiləri Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti Sərvər Süleymanlı və Milli Aviasiya Akademiyasının professoru Nazim Cəfərlidir.
Kitab hüquq fakültələrinin tələbə və müəllimləri, hakimlər, vəkillər, digər hüquqşünaslar, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan şəxslər, eləcə də mülki hüququn nəzəri və praktiki məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Baxış sayı:52
Bu xəbər 03 Noyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















