Ali məktəbdən qovulanların möhlət hüququ nə zaman itir? Rəsmi CAVAB
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ali təhsil müəssisəsindən xaric edilən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması tez-tez suallar doğurur.
Modern.az xəbər verir ki, məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən Qanunun 21.5-ci maddəsinə əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqları halda, çağırışa möhlət hüquqlarını itirirlər.
Bu halda həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qeyd edək ki, qanunvericiliyə əsasən, təhsil alan şəxslərə müəyyən hallarda hərbi xidmətə çağırışdan möhlət hüququ verilsə də, bu hüququn qorunması üçün qanunla müəyyən edilmiş tələblərə əməl olunmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 30 May 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















