Doktorantlara hansı hallarda hərbi möhlət verilir? Rəsmi cavab
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Doktorantura təhsili ilə bağlı möhlət verilirmi və möhlət verilərkən dissertasiya işinin müdafiəsi nəzərə alınırmı?
Modern.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələyə aydınlıq gətirib.
Dövlət Xidmətindən bununla bağlı aşağıdakılar bildirilib:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Ali təhsil pilləsinin doktorantura səviyyəsində əyani təhsil alma müddəti başa çatdıqdan sonra (Qanunla nəzərdə tutulmuş möhlət hüququ bitdiyi üçün) çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Mövcud qanunvericilikdə dissertasiya işinin müdafiəsi ilə bağlı çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 13 Avqust 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















