Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Ali məktəblər şəhər kənarına köçürülsün, ya yox? KASPİ xarici təcrübəni araşdırıb

Ali məktəblər şəhər kənarına köçürülsün, ya yox? KASPİ xarici təcrübəni araşdırıb

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Universitetlərin şəhər kənarına köçürülməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. Bunu müsbət qarşılayanlarla yanaşı, prosesin asan olmayacağı qənaətində olanlar da var.

Universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi məsələsi illərdir müzakirə olunur. Bu prosesin nəqliyyat sıxlığını azaltmaq üçün düzgün addım olduğunu düşünənlərlə yanaşı, reallaşdırılmasının problemli olacağını hesab edənlər də var. Ancaq məsələ yenidən gündəmə gəlib və özü də bu dəfə daha ciddi. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün təsdiqlənən Dövlət Proqramı diqqəti paytaxtda yerləşən ali təhsil müəssisələrinin köçürülməsi məsələsinə yönəldib. Sənədə görə, bu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması təmin ediləcək.

Universitetlərin köçürülməsinə münasibət isə həmişəki kimi birmənalı deyil. Bütün hallarda məsələnin həlli istiqamətində dünya təcrübəsini də öyrənməyə çalışdıq.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Təzə, ya köhnə?

Kembric Universitetinin professoru Qərib Mürşüdov hesab edir ki, bu, mürəkkəb məsələdir: "Britaniyaya baxaq: Kembricdə universitet şəhərdədir. Hətta demək olar ki, şəhərin əsas hissəsidir. Oksford da onun kimi. Londonda mənim tanıdığım universitetlər şəhərdədir. Yorkda şəhərdən kənardadır. Ekseterdə şəhərdən bir az kənardadır. Mançesterdə şəhərdədir. İndi gəlin baxaq: Kembric, Oksford və Londondakı universitetlərin yaşı 200 ildən çoxdur. Yorkdakı universitet 60-cı illərdə yaradılıb. Biz o biri universitetlərə də baxa bilərik. Çox güman ki, belə nəticəyə gələcəyik ki, köhnə universitetlər şəhərdə, təzələri isə şəhərdən kənardadır. Tədqiqat institutları da onun kimi. Nisbətən təzə tədqiqat institutları şəhərdən kənardadır. Köhnələri isə şəhərin mərkəzinə yaxındırlar". Professor hesab edir ki, köhnə universitetləri şəhərdən kənara çıxartmaq da, təzə universitetləri şəhərdə tikmək də çox baha başa gələ bilər. Ona görə universitetlərin şəhərdən kənara çıxarılması məqsədəuyğun deyil: "Amma yeni universitetlər və tədqiqat institutlarının şəhərdən kənarda və hətta rayonlarda olması daha məqsədəuyğundur". Q.Mürşüdovun fikrincə, universitetləri yerindən köçürmək nəqliyyat problemini həll etmir: "Bu problemə ayrı cür yanaşmaq daha yaxşı olar. Məsələn, ictimai nəqliyyatın inkişafı, sayının və etibarlılığının artırılması, şəhərdə şəxsi nəqliyyat vasitələri üçün əlavə vergilərin olması".

Həm üstünlüklər, həm də çətinliklər

ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Orxan Kərimzadə hesab edir ki, Bakı şəhərində ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi məsələsi tələbələr üçün həm üstünlüklər, həm də çətinliklər yarada bilər. Xarici təcrübə də bu məsələnin müxtəlif aspektlərini nəzərə almağın vacibliyini göstərir: "Əgər ali təhsil müəssisələri şəhərdən kənarda yerləşərsə, bu, ilk növbədə yeni infrastruktura çıxışı təmin edəcək. Belə ki, şəhərdən kənarda yerləşən universitetlər adətən müasir kampuslara və geniş tədris sahələrinə malik olurlar. Bu, tələbələrin təhsil və sosial həyatını daha da yaxşılaşdırmağa imkan verir. Həmçinin şəhər mərkəzindən uzaq ərazilərdə yaşayış xərcləri daha aşağı olduğuna görə, tələbələr üçün maliyyə baxımından daha əlverişli şərait yaranır. Bundan əlavə, şəhərdən uzaq ərazilərdə daha sakit və təmiz mühit mövcuddur ki, bu da tələbələrin təhsil prosesinə müsbət təsir göstərə bilər".

İŞ üzvünün sözlərinə görə, dünyanın bir çox ölkəsində ali təhsil müəssisələri şəhər mərkəzlərindən kənarda yerləşir. Məsələn, ABŞ və Avropa ölkələrində bir çox universitetlər geniş kampuslara malikdir və tələbələr üçün hərtərəfli şərait yaradır: "Türkiyədə də universitetlərin əksəriyyəti şəhərdən kənarda yerləşən kampuslarda fəaliyyət göstərir. Bu təcrübə tələbələrə daha geniş tədris və yaşayış sahələri, eləcə də təbiətlə daha yaxın əlaqə imkanı verir. Eyni zamanda, universitetlərin şəhərdən kənara köçürülməsi şəhərdaxili ictimai nəqliyyat sıxlığını azaldacaq, həmin regionda yaşayış keyfiyyətini artıracaq, yeni infrastruktur və iş yerləri yaradacaq ki, bu da həmin ərazinin inkişafına müsbət təsir göstərəcək".

O.Kərimzadə bu cür dəyişikliklərin bəzi çətinliklər yarada biləcəyini də xatırlatdı. Məsələn, universitetlərin şəhərdən kənara köçürülməsi tələbələr üçün nəqliyyat problemlərinə səbəb ola bilər: "Gündəlik olaraq universitetə getmək üçün tələbələr daha çox vaxt sərf etməlidirlər və onlar ictimai nəqliyyatın çatışmazlığı ilə üzləşə bilərlər. Tələbələrin çoxu ictimai nəqliyyatdan istifadə edir. Eyni zamanda, şəhər mərkəzindəki müxtəlif əyləncə və mədəniyyət obyektlərinə çıxışın məhdud olması tələbələrin sosial həyatını məhdudlaşdıra bilər".

"Tələbələrin rahatlığı da nəzərə alınmalıdır"

Amerikada çalışan təhsil eksperti Qoşqar Məhərrəmov da hesab edir ki, şəhərdə yerləşən universitetlərin özünəməxsus şəhərcikləri varsa, onların şəhərdən kənara köçürülməsi düzgün deyil: "Amma dar binada, sıxılmıış bir yerdə fəaliyyət göstərən, kampusu olmayan ali məktəblərin köçürülməsi məqsədəuyğundur. Kampusa malik olmağın müəyyən üstünlükləri var. Orada tələbə üçün yataqxana tikilir, laboratoriyalar qurulur, asudə vaxtın təşkili üçün müəyyən yerlər olur. Bu mənada, universitetin şəhərcik formasında olması və onun içərisində tələbənin həyatının müxtəlif mərhələlərini yaşaya biləcəyi məkanların təşkili önəmlidir. Xarici təcrübədə də elə universitetlər var ki, yalnız bir binadan ibarətdirlər. Bu, yaxşı nümunə deyil. Universitetlərin şəhərcik formasında olması daha faydalıdır. Çünki onda kampus mədəniyyəti formalaşır, tələbələrin sosiallaşması üçün daha münbit şərait yaranır". Ekspert hesab edir ki, universitetlər şəhərin xaricinə köçürülən zaman tələbələrin rahatlığı da nəzərə alınmalıdır: "Fikrimcə, universitetlər yeni tikilən kampuslara köçürüləcəksə, mütləq tələbələr üçün şəhərin bir çox yerindən ödənişsiz və ya endirimli ödənişlərlə servislər təşkil olunmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see497

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see218

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see200

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri